search
menu
person

NEWS AND UDATES


« 1 2 3 4 ... 15 16 »

Azərbaycan hava məkanını NATO üçün bağladı


Almaniya Bundesverinin hərbi qulluqçuları Əfqanıstana uçmaq üçün Almaniya Federativ respublikasının silahlı qüvvələrinin təyyarələrindən istifadə edə bilmir. Və Amerikanın C-17 hərbi-nəqliyyat təyyarələrindən  istifadə etməyə məcburdur. Səbəb isə budur ki, Azərbaycan hava məkanını Almaniya hərbi təyyarələrinə bağlayıb.

Turkustan.info “Spiegel”ə istinadən xəbər verir ki, Azərbaycan NATO təyyarələrinin öz ərazisi üzərindən uçuşuna icazə verməkdən imtina edib. Almaniya Hərbi Hava Qüvvələri əsasən hər həftə Mərkəzi Asiya üzərindən Əfqanıstanın şimalındakı Məzari-Şərif şəhərinə uçuşlar edir. Həmin şəhərdə Bundesverin hərbi kontingenti dislokasiya olunub.

Категория: XƏBƏRLƏR | Просмотров: 51 | Добавил: tmmrtalish | Дата: 09.04.2019 | Комментарии (0)

Kartofa ixrac rüsumunun tətbiq edilməsi Cəlilabad rayonunun Maşlıq, Kazımabad və Muğan kəndlərində narazılığa səbəb olub.

Bu gün, aprelin 8-də bir qrup kartof istehsalçısının Maşlıq kəndində etiraz aksiyası keçirdikləri bildirilir.

Bu barədə AzadlıqRadiosuna məlumat verən sakinlərin sözlərinə görə, istəkləri həmin ixrac rüsumunun qaldırılması olub. Hətta deyilənə görə, istehsalçılar ölkə rəhbərliyinin bu məsələyə diqqətini yönəltməkdən ötrü Bakı-Astara magistralını bağlamaq istəyiblər. «Məqsədimiz ölkə rəhbərliyinin diqqətini problemimizə cəlb etmək idi. Amma Cəlilabad Rayon İcra Hakimiyyəti başçısı gəldi, bizə qulaq asdı, dağılışmağımızın lazım gəldiyini deyərək, məsələnin yaxın iki-üç gündə həllini tapacağını söylədi», - yeli sakinlərdən biri bildirib.

Категория: XƏBƏRLƏR | Просмотров: 91 | Добавил: tmmrtalish | Дата: 08.04.2019 | Комментарии (0)

“Nə üçün MTN-ni cinayət yuvasına çevirən Eldar Mahmudov cinayət məsuliyyətinə cəlb edilmir?”

ilyas_ismayilov_0209_21871506059051

“Əgər həqiqətən islahat tərəfdarlarıdırlarsa, onda desinlər görək, hələ 2005-ci ildə qəbul olunan “Gəlirlər barədə deklarasiya vermək haqqında” qanun niyə tətbiq olunmur?”

“AzPolitika.info”nun məlumatına görə, Ədalət Partiyasının sədri, hüquq elmləri doktoru İlyas İsmayılov “Hürriyyət” qəzetinə müsahibəsində bu sualı aktuallaşdırıb.

Категория: XƏBƏRLƏR | Просмотров: 44 | Добавил: tmmrtalish | Дата: 08.04.2019 | Комментарии (0)

Yaralılardan biri xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 6 aprel — Sputnik. Astarada avtomobilin dərəyə aşması nəticəsində bir nəfər ölüb, iki nəfər yaralanıb. Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi xəbərə görə, hadisə Pəlikeş ucqar dağ kəndi ərazisində baş verib.



Sumqayıtda qadın sürücülər qəza törətdi: Yaralanan var - FOTOLAR

Xəsarət alanların yaxınlarının bildirdiklərinə əsasən Tüləgüvan kənd sakini Ədalət Şəkərov yağışlı hava şəraitində "Ağ körpü" adlanan ərazidə hərəkət edərkən yolun sürüşkən olması səbəbindən idarəetməni itirərək "UAZ" markalı minik avtomobilini dərəyə aşırıb. Nəticədə sürücü və avtomobildə olan iki sərnişin –1980-ci il təvəllüdlü Müqəddəs Eyvazov və 1985-ci il təvəllüdlü Ceyhun Gülməmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.Sumqayıt şəhərində iki avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi

Категория: TALİSH | Просмотров: 54 | Добавил: tmmrtalish | Дата: 07.04.2019 | Комментарии (0)

Azərbaycanın cənub-şərq bölgəsi və deportasiya siyasəti

    

XX əsrin ortaları Sovet, o cümlədən Azərbaycan xalqının həyatında ən ağır, məşəqqətli bir dövr kimi iz buraxmışdır. Bu illər tariximizdə repressiya, Böyük Vətən müharibəsi (sovet-alman müharibəsi)

və deportasiya dövrü kimi xarakterizə olunur. 1937-ci il Stalin repressiyası zamanı Azərbaycanda 29 min nəfər “xalq düşməni” adı altında güllələnmlş, Sibir və Qazaxıstan çöllərinə sürgün edilmişdir. Böyük Vətən müharibəsindən 300 mindən çox Azərbaycan döyüşçüsü geri qayıtmadı.Müharibə illərində bir sıra xalqlar – çeçenlər, inquşlar, qaraçaylar, balkarlar, Ahıska türkləri, Krım tatarları, almanlar Mərkəzi Asiya və Qazaxıstana deportasiya (köçürülmə) olundular.
Категория: TALİSH | Просмотров: 112 | Добавил: tmmrtalish | Дата: 07.04.2019 | Комментарии (0)

17 yaşlı oğlanın boynunu sındırıb zirzəmiyə atdı – Lənkəranda dəhşət

Lənkəran şəhərində iki gəncin mübahisəsi dəhşətli cinayətlə nəticələnib.

Rayonunda Digah kənd sakini 18 yaşlı Şamil Bağırov aralarında olan mübahisəni həll etmək üçün həmkəndlisi 17 yaşlı Əkbər Quliyevi kənddə yerləşən bir yarımtikiliyə çağırıb. Ş.Bağırov da ora gedib və mübahisə zamanı Əkbəri söyərək burnundan yumruqla vurub. Bundan əsəbiləşən Ə.Quliyev idman fəndi ilə Ş.Bağırovun boynunu sındırıb, daha sonra Şamilin əynindəki şalvarın belindən kəməri çıxararaq onu boğub. 17 yaşlı Əkbər həmkəndlisinin öldüyünə əmin olduqdan sonra meyiti həmin tikilinin zirzəmisinə atıb.

Категория: TALİSH | Просмотров: 74 | Добавил: tmmrtalish | Дата: 06.04.2019 | Комментарии (0)

Lənkəranda 17 yaşlı yeniyetmə idman fəndi ilə öldürülüb


Həmkəndlisi yeniyetmənin boynunu sındıraraq, meyitini gizlədib

 Lənkəran rayonunda qətl hadisəsinin üstü açılıb.

Sputnik Azərbaycan "Report"a istinadla xəbər verir ki, rayonun Digah kənd sakini, 2001-ci il təvəllüdlü Əkbər İlkin oğlu Quliyev martın 17-də həmkəndlisi, 2002-ci il təvəllüdlü Şamil Əmirəstan oğlu Bağırovu şəxsi münaqişə zəminində boğaraq qətlə yetirib. O, həmkəndlisini idman fəndi işlədərək boynunu sındırıb. Daha sonra meyiti kəndin kənarındakı sahibsiz yarımçıq tikilidə gizlədib. Ş.Bağırovun ailə üzvləri övladlarının Bakıda olduğunu bildikləri üçün onun evə gəlməməsi barədə polisə müraciət etməyiblər.

Категория: TALİSH | Просмотров: 56 | Добавил: tmmrtalish | Дата: 06.04.2019 | Комментарии (0)

BAYRAM MAMMADOV UND GIYAS IBRAHIMOV SIND ENDLICH FREI!

 
Ein animiertes Portrait der beiden Künstler Bayram Mammadov und Giyas Ibrahimov mit einer Spraydose

© El Moustach

Der aserbaidschanische Präsident Ilham Aliyev hat am 16. März anlässlich des Neujahrsfestes Nouruz einen Erlass zur Begnadigung von mehr als 400 Menschen unterzeichnet, darunter Aktivist_innen und Oppositionspolitiker_innen, die aufgrund konstruierter Anklagen zu Unrecht inhaftiert waren.

Категория: XƏBƏRLƏR | Просмотров: 41 | Добавил: tmmrtalish | Дата: 06.04.2019 | Комментарии (0)

Masallının icra başçısı aprel şəhidinin anasını MƏHKƏMƏYƏ VERİR

Masallının icra başçısı aprel şəhidinin anasını MƏHKƏMƏYƏ VERİR

 
 
 
İcra başçısı aprel şəhidinin anasını məhkəməyə verir
 
Masallı rayon İcra Hakmiyyəti şəhid anasını məhkəməyə verir.
 
Miq.Az xəbər verir ki, unikal.org-a müraciət edən aprel döyüşlərində şəhid olan Nurlan Əsgərlinin anası Ziba Əsgərova bildirir ki, həmin müsahibəsi ölkə mətbuatında yayımlanandan sonra Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini Aybəniz Qafarova ona zəng edərək, şəhid ailəsini hədələyib:
Категория: TALİSH | Просмотров: 89 | Добавил: tmmrtalish | Дата: 04.04.2019 | Комментарии (0)

Freedom House: Bakı öz vətəndaşlarının hüquqlarının pozulmasına son qoymalıdır

Vaşinqtonda yerləşən Freedom House beynəlxalq hüquq-müdafiə təşkilatı siyasi fəallara və LGBT nümayəndələrinə qarşı yeni təqib dalğasını pisləyir.

“Freedom House Azərbaycan hökumətini keçmiş siyasi məhbusların təqib edilməsinə ə qorxudulmasına, LGBT nümayəndələrinə qarşı yeni saxlanma dalğasına son qoyulmasına çağırır”, – Freedom House-da Avropa və Avrasiya proqramları üzrə direktor Mark Berendt bildirib.

Категория: XƏBƏRLƏR | Просмотров: 64 | Добавил: tmmrtalish | Дата: 04.04.2019 | Комментарии (0)

  Əhalinin siyahı alınmasında Talışlar özlərini Talış kimi yazmaq istəyirlər.

03.04.2019 cu ildə Belə bir sosial şəbəkələrdə aksiya keçirilmişdir . Aksiyada iki məsələ qaldırmış ,oktyabr ayında Əhalinin siyahı almada Özünüzü necə qeydiyyata almaqını istiyərdiz .  Talış kimi yoxsa Azərbaycanlı kimi ?  çox maraqlı aksiya oldu . Bir gun içində aksiyada iştirak edənlərin 92 nəfəri Talış kimi ,13 nəfəri Azərbaycanlı kimi dəstək verdi .

Siyahı alınanda özünüzü necə yazdırmaq istiyərdiniz ?
Talış kimi və ya Azərbaycanlı kimi . 
 
1) Səbəblərində  izah etməyiniz vacibdir .

2) Burda iştirak edənlər yalnız Talışlar olmalıdır .

Категория: TMMR XABARLAR | Просмотров: 181 | Добавил: tmmrtalish | Дата: 04.04.2019 | Комментарии (0)

Mütərəqqi dunyanın, bütün Mütərəqqi ictimaiyyətinə Hər-hansı bir formada, özünüidarə və dövlətçilik ixtiyarlarından, iradəsindən xaric, kənar səbəblərdən, əməli məhrum edilmiş Talış xalqı adından, Mühacirətdə olan, yuridiq varlığa malik, Talış Muğan Muxtar Respublikasının Hökümətinin
                                                                                  M ü r a c i ə t i :

   Dəyərli Xanımlar və cənablar! Talış xalqının, bir xalq olaraq, yaşamı hazırda ciddi narahatçılıq yaradır. Bu xalqın yaşadığı arealda mövcud olan Dövlətlərin (İİR və AR) heç birində Talış dilinin qorunub saxlanmasına elimentar dövlət qayğısı, təhsil belə yoxdur. Milli mənliyinə böyük qayğı yaşayan bir-çox Talış ziyalıları fərdi resursları hesabına Talış dilinin ən azı, heç olmazsa, yazılı formada, elmi araşdırmalarında qorunub saxlanmasına qismən də olsa, uğurlara cəhd edirlər. Çox az sayda olan belə ziyalılarından biri, German xalqları dilləri üzrə mütəxəssis Novruzəli Məmmədov 2007-ci ildə həbs edildi, həbsdə özü və övladları,-iki oğlu, işgəncə və qurulan dövləti teror təxribatları ilə məhv edildilər! Həmin ziyalılardan digəri, alim və siyasi xadim, təqiblərdən xilas olmaq səbəbindən, Rusiya Fedirasiyasına 2008-ci ildə 2-ci dəfə sığınan Fəxrəddin Fərman oğlu Abbasov, Azərbaycan Respublikasının hüqüq-mühafizə orqanlarının tələbi ilə 2018-ci ilin 06 sentyabr tarixində həbs edilmiş, müammalı şəkildə, 27 fevral 2019-cu il tarixində, həbsdən “azad edilmiş” və Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində mərkəzi hava limanında həbs edilmişdir! Fəxrəddin Abbasov Talış xalqının böyük ziyalısı, alimi və siyasi-ictimai xadimidir.
Категория: TMMR XABARLAR | Просмотров: 273 | Добавил: tmmrtalish | Дата: 03.04.2019 | Комментарии (0)

                                    Talış Muğan Muxtar Respublikasının Prezident

                                                                F Ə R M A N I:

 Nederland krallığı, Haaqa ş-ri.                                                        01.04.2019 il. 


TMMR-in 2-ci Mühacir höküməti, Talış xalqının hər bir nümayəndəsinin, harada yaşamından və hansı statusda olmasından asılı olmayaraq, yaşam və taleyinin hər sahəsində, onun yanında olduğunu elan etmiş, əməli qaydada da üzərinə göturduyu öhdəliyin icrasında qətiyətlidir. 
Talış xalqının gələcək yaşamı naminə məxsusi fikir və fəaliyyəti olan, xalqin dəyərli ictimai-siyasi, elm xadimi Fəxrəddin Əbboszodə (Abbasov), hazırda bütöv bir xalqın məhvinə yönələn siyasətə etiraz olan fikir və düşüncəsinə görə, bir, ədalət məhkəməsindən məhrum, quldurcasına şərləmə, böhtanlama ilə həbslər ustası kimi məşhurlaşmış rejimin iddiası və sifarişi ilə, Talış cəmiyyətinin böyük ümidlər bəslədiyi Rusiya Federasiyasında həbs edilərək, Azərbaycan Respublikasının hüquq-mühafizə orqanları adlanan,- zor, vəhşilik apparatına, müəmmalı şəkildə təhvil verilmişdir. 
Категория: TMMR XABARLAR | Просмотров: 150 | Добавил: tmmrtalish | Дата: 01.04.2019 | Комментарии (0)

Talış Ağsaqqal Ali Şurası.
31 Mart 2019-cu il


Əlimərdan Şükürzadə adlı şəxsin şəkli.
Əlimərdan Şükürzadə adlı şəxsin şəkli.
Категория: TALİSH | Просмотров: 54 | Добавил: tmmrtalish | Дата: 31.03.2019 | Комментарии (0)



    TMMR-nın Prezidentinin və MR-nın Mühacir hökümətinin Sər Vəzirinin Talış xalqının böyük oğlu  S.Ə. Əsgərovun vəfatı ilə əlaqədar
 Başsağlıq
                                                                Müraciəti (nekroloqu)


  Əşrəfi Sərxan Əsgərzadə  31 mart 2019-cü ildə, 83 yaşında vəfat etmişdir
Vətəndən gələn acı bir xəbər hamımızı sarsıtdı. Talış xalqının böyük oğlu, ictimai-siyasi xadim, publisist, maarifçi, böyük ziyalımız Əşrəfi Sarxan Əsgərzadə, 83 yaşında dünyasını dəyişmişdir. 
  Sərxan müəllimin həyatı və fəaliyyəti böyük bir vətənpərvərlik məktəbidir. Onun mükəmməl dünyagörüşləri gənclərimiz üçün böyük bir örnəkdir. Fəaliyyəti və yaradıcılığında ardıcıl və stabil olması, əqidəsinə bütün situasiyalarda sadiq qalması Sərxan müəllimin həyat prinsipləri idi. O, bütün ömrünü, xalqımızın düçar qaldığı qaranlıqları yarıb keçməsinə həsr etdi. 
Категория: TMMR XABARLAR | Просмотров: 75 | Добавил: tmmrtalish | Дата: 31.03.2019 | Комментарии (0)



Kahin Mirzalizade started this petition to European Parliament and 3 others

On February 27, Fakhraddin Aboszoda (Abbasov), the leader of the Talysh National Movement, a well-known scholar and journalist disappeared from Remand prison-6 in Kolomna (Russia). As it turned out later, on February 28, despite the official refusal of extradition, Aboszoda was extradited to Azerbaijan, where he is regarded as objectionable politician both for the authorities and for the opposition. We believe that, this was an abduction organized by the Azerbaijani special services, with the full connivance and, probably, consent of the Russian authorities and officials. Thus, Russia has violated the basic principle of fundamental human rights protection – that of non-refoulement (or the prohibition of refoulement).

Категория: SIYASƏT | Просмотров: 53 | Добавил: tmmrtalish | Дата: 31.03.2019 | Комментарии (0)

                              Talış Muğan Muxtar Respublikasının Mühacir hökümətinin 

                                                                     İ c l a s p r o t o k o l u :

30 mart 2019-ci il tarixində TMMR-in Mühacir hökümətinin tam tərkibdə iclası oldu. İclasda TMMR prezidenti və hökümət üzvlərinin böyük əksəriyyəti iştirak edirdi.
İclası aparırdı: Hökümətin sər vəziri, Rəhim  Mirzəyev
İclasın katibi: Hökümət üzvü, Ruslan  Almaszada 
Gündəlikdə müzakirəyə çıxarılan məsələlər:

1. TMMR yeni tərkibi ilə tanışlıq .

2. Azərbaycan Respublikasında baş verə biləcək ictimai- siyasi vəziyyətin təhlili.

3. Təskilati məsələlər.
Категория: TMMR XABARLAR | Просмотров: 85 | Добавил: tmmrtalish | Дата: 31.03.2019 | Комментарии (0)

 

92 molla

İNSAN OLSAQ YETƏR

Deyirlər ki, Ərəb xəlifələrindən biri ölkədə ərəb dilindən qeyri-bir dildə danışmağı yasaqlayır. Əhali öz aralarında ancaq ərəb dilində danışmaq zorunda qalır. Əhalinin arasında gəzən “çoğollar” kimsəni qeyri dildə danışan görən kimi əmniyyət idarəsinə məlumat verər, həmin adamlar camaatın gözü qarşısında şallaqlanardılar, bəziləri bu şallaqlanmaya dözməz, elə meydancada keçinərdilər. Əhali, bizim prezident aparatında oturan bir məmurun dediyi kimi, öz dillərində ancaq “mətbəxdə” danışa bilirmiş, hətta qardaş-qardaşın evinə qonaq gedəndə ərəbcə danışırmışlar. Nə başınızı ağradım, xəlifə bir gün səyahətə çıxır və bir kəndin yanından keçəsi olur. Kəndin kənarında bir dəstə uşağın oynadığını, uşaqların onların süvari dəstəsini görüb qaçdığını, lakin bir uşağın qaçmayaraq xəlifənin süvari dəstəsini seyr etdiyini görür və atlılardan birini həmin uşağı yanına gətirmək üçün uşağın yanına göndərir. Uşaq qorxmadan, çəkinmədən atlıya qoşulub, xəlifənin yanına gəlir. Xəlifə uşaq ilə bir az sorğu-sual edəndən sonra uşaqdan böyüyəndə kim olacağını soruşur. Uşaq çəkinmədən “xəlifə” cavabını verir. Xəlifənin ətrafındakılar bir xeyli gülürlər, amma xəlifə gülmür, uşağın bu sözü necə inadla dediyi onun nəzərindən qaçmır. Xəlifə uşağa daha bir sual verir: – Bala, xəlifə olub neyləyəcəksən ki? Uşağın cavabı xəlifəni iti qılınc kimi kəsir:

Категория: XƏBƏRLƏR | Просмотров: 61 | Добавил: tmmrtalish | Дата: 30.03.2019 | Комментарии (0)

Police said the suspect, 37-year-old Gokmen Tanis, had been taken into custody after an hours-long manhunt and had earlier run-ins with authorities in the Netherlands.

The city was put into lockdown after the shooting, shortly after the morning rush hour, which authorities initially said was an apparent terrorist attack. Police conducted raids in several locations after issuing an image of Tanis and warning the public not to approach him.

But hours after the shooting, the gunman's motive remained unclear. A prosecutor said it could be for "family reasons" and Turkey's state-run Anadolu news agency, quoting relatives of the gunman, said he had fired at a relative on the tram and had then shot at others who tried to help her.

Категория: XƏBƏRLƏR | Просмотров: 47 | Добавил: tmmrtalish | Дата: 30.03.2019 | Комментарии (0)

30 mart 2019 cu il tarixində Azərbaycan Xalqlarının Demokratik Partiyasının Xəzər Rayon Komitəsinin təsis konfransı keçirildi. Konfransda təşkilati məsələlərə baxıldı. Mahir Nəsirov rayon komitəsinin sədri, Möhsün Heydərov və Namiq Əliyev isə sədr muavinləri seçildilər.
Konfransda Partiyanın sədri S. Məmmədov çıxışında partiyanın boy sıralarının artırılması məqsədi ilə Gənclər təşkilatına və Sumqayıt üzvlərinə tapşırıq verdi ki, onlar da təsis yığıncaqlarının keçirilməsinə hazırlıq görüb rəhbərliyə məlumat versinlər.


Əlimərdan Şükürzadə adlı şəxsin şəkli.
Категория: XƏBƏRLƏR | Просмотров: 67 | Добавил: tmmrtalish | Дата: 30.03.2019 | Комментарии (0)

Angela Merkeldən maraqlı sual: "Hər il yalnız Həcc ziyarətində (Ümrə ziyarəti bura daxil deyil) Səudiyyə Ərəbistanın qazancı 20 milyard dollardır. Əlbəttə, rəsmi rəqəmlər bunun daha çox olduğunu göstərir. Ərəb ölkələri və İslam dünyasında yoxsullar var. Nə üçün Səudiyyə bu qədər gəlirdən yoxsul müsəlmanlara yardım etmir? Məkkədəki Kəbə evi bütün müsəlmanlara məxsusdur. Yoxsa əl-Səud ailəsinin şəxsi malıdır?!"..

Angela Merkel
Almaniya Federativ Respublikası Federal kansleri.

Категория: XƏBƏRLƏR | Просмотров: 80 | Добавил: tmmrtalish | Дата: 30.03.2019 | Комментарии (0)

Bakıda 1-ci qrup əlil özünü və polisi yandırdı


Paytaxt ərazisində ictimai qaydanın və ictimai təhlükəsizliyin səmərəli təşkili, cinayət və cinayətkarlıqla mübarizə çərçivəsində avaraçılıq, dilənçiliklə məşğul olan şəxslərin ictimai təhlükəli əməllərdən çəkindirilməsi məqsədilə polis orqanları tərəfindən mütəmadi profilaktiki tədbirlər həyata keçirilir.
Категория: XƏBƏRLƏR | Просмотров: 48 | Добавил: tmmrtalish | Дата: 30.03.2019 | Комментарии (0)

Başıma gələcəkləri bilsəm belə, yenə həmin abidəyə gedərəm...

Başıma gələcəkləri bilsəm belə, yenə həmin abidəyə gedərəm...

 

Bayram Məmmədov: “Həbsxanalar yeni cinayətkarlar ordusu yaradır”

 

Hüquq müdafiəçilərinin "heykəl məhbusu" adlandırdığı Bayram Məmmədov Azərbaycan koloniyasında üçillik həbs cəzasından sonra mart (2019) əfvi nəticəsində azadlığa çıxdı. O, Qiyas İbrahimovla birlikdə Bakıda Heydər Əliyevin abidəsinin üzərinə boya ilə siyasi şüarlar yazdıqdan sonra növbəti gün narkocinayətə görə həbs olunmuşdu.

Q.İbrahimov ilə müsahibə Turan-da dərc olunub.

http://www.contact.az/ext/news/2019/3/free/Interview/ru/79733.htm

Bayram Məmmədov Turan agentliyinin suallarını cavablandırıb.

- Niyə siyasi etirazınızı ifadə etmək üçün belə qeyri-adi üsul seçdiniz - Heydər Əliyevin abidəsinin üzərini yazdınız?

Категория: XƏBƏRLƏR | Просмотров: 88 | Добавил: tmmrtalish | Дата: 30.03.2019 | Комментарии (0)

 
 
Quba sakini Meydan TV-yə polis işgəncəsindən danışıb
“Saxladıqları otaqda qışqırırdım ki, buranın bir sahibi var, ya yox? Biri gəlsin, desin, məni bura niyə gətirmisiz. Nə cinayətim, nə günahım var? Səsimə şöbənin rəisi özü aşağı düşdü, işçilərinə tapşırıq verdi, məni onun otağına apardılar, sonra lüt soyundurdular. Rəis, həmin şöbədə işləyən bacısı oğlu və digər işçilər – hərəsi bir tərəfdən amansızcasına döydü məni….”
Quba sakini Rəşid Məmmədov Meydan TV-yə danışır ki, ötən ilin noyabrında rayon polis şöbəsində işgəncələrə məruz qaldıqdan sonra polisə müqavimət ittihamı ilə 10 günlük inzibati həbs cəzasına məhkum edilib. Rəşid Məmmədovun sözlərinə görə, onu noyabrın 15-də Gürcüstandan qayıdarkən “Sınıq körpü” gömrük -sərhəd keçid məntəqəsində saxlayıblar:
“Başımı əyib stola çırpdı, alnımdan qan açıldı”
Просмотров: 97 | Добавил: tmmrtalish | Дата: 29.03.2019 | Комментарии (0)

“Şərurlu İsfəndiyar” aprel şəhidinin evini ailəsinin əlindən aldı


Aprel şəhidi Sənan Axundovun ailəsinə məxsus ev əlindən alınıb.
Bu barədə jurnalist Aida Eyvazlı sosial şəbəkədə məlumat yayıb.
 “Qanunsuz qərarın çıxarılmasına isə “Şərurlu İsfəndiyar” sifariş verib. Belə ki, bir neçə il bundan əvvəl Sənan Axundov sağlığında Kamran MMC-nin tikdiyi binadan 50 kvadratmetr yer götürüb, sonra “Kamran MMC”-nin işçiləri haqqında fırıldaq etdiklərinə görə cinayət işi başlanılıb və binanın 11 mərtəbəsini Şərurlu İsfəndiyar alıb. Həmin binada əlavə 5 mərtəbə də tikib. Şərurlu İsfəndiyarın sakinlərlə şərti belə olub ki, binadakı mənzillər üçün yenidən onun istədiyi qiymət ödənilməlidir. Sənan Axundov sağ olanda öz hüququnu qoruyub və məhkəmələrin birində qanuni qərar çıxarılıb ki, binadakı 50 kvadratmetirlik yerin sahibi onun özüdür.
Категория: XƏBƏRLƏR | Просмотров: 50 | Добавил: tmmrtalish | Дата: 29.03.2019 | Комментарии (0)

                                                   Azərbaycan  Xalqlarının Demokratik Partiyasının (AXDP) 

                                                                                       Məramnaməsi

                                                                                       (L A Y İ H Ə)

    Giriş

    Azərbaycan Respublikasında fəaliyyət göstərən çoxsaylı partiyaların məramnamələrinə diqqət edərkən, görürük ki, ölkə xalqlarının dillərinin, mədəniyyətlərinin, adət-ənənələrinin və digər maddi-mental, milli-mənəvi dəyərlər sisteminin hifz olunması, inkişafı ilə bağlı,  heç bir siyasi təşkilatın əsaslandırılmış proqram və məramnamələri yoxdur! Dilindən və dinindən asılı olmayaraq, ölkə vətəndaşlarının qürurlü, ləyaqətli, firəvan, xoşbəxt birgəyaşayış prinsiplərini prioritet götürə biləcək Məramnamə niyyətlərinin olmaması, həmin partiyaların Azərbaycan cəmiyyətində layiqli nüfuz və tərəfdaş qazana bilməməsi ilə nəticələnmişdir! Bütün bu ideoloji çatışmazlıqlar Hakimiyyət dəyişməzliyinə, avtoritar idarəetməyə və son nəticədə isə, vətəndaşların həyat şəraitlərinin həddindən artıq aşağı düşməsinə gətirib çıxartmışdır! 
Категория: XƏBƏRLƏR | Просмотров: 81 | Добавил: tmmrtalish | Дата: 28.03.2019 | Комментарии (0)

Dövlət Komitəsində böyük yeyintilər üzə çıxdı


Hesablama Palatasının Kollegiya iclasında müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq, 1 yanvar 2016-cı il tarixindən 1 iyul 2018-ci il tarixinə qədər olan dövrdə Diasporla İş üzrə Dövlət Komitəsinə dövlət büdcəsindən ayrılan vəsaitlərin istifadəsi ilə bağlı həyata keçirilmiş auditin nəticələri müzakirə edilib.

BAKU.WS “Report”a istinadla xəbər verir ki, bu barədə Palata məlumat açıqlayıb. 

Məlumata görə, müzakirə zamanı auditi həyata keçirmiş qrupun məlumatı dinlənilib və fəaliyyət istiqaməti üzrə müvafiq auditorun hesabatı təsdiq edilib.

Audit ilə ümumilikdə 13021,5 min manat vəsait əhatə olunub.
Категория: XƏBƏRLƏR | Просмотров: 55 | Добавил: tmmrtalish | Дата: 28.03.2019 | Комментарии (0)

Hal-hazırda həmin Qorxmaz Cəmil Hacıyevdən şikayətçidir və Cəmil Hacıyev barəsində Lənkəran polis idarəsində tədqiqat gedir. Kimdir Cəmil Hacıyev? Azərbaycan ordusunun polkovnik-leytenantı Cəmil Hacıyev əfsanəvi Talış briqadasının batalyon komandiri olub və torpaqlarımızın azad olunmasında müstasna xidmətləri var. Bəs "Qorxmaz" ayamalı şəxs kimdir? Bu barədə xüsusi araşdırma yazısı hazırlayıram, görün Azərbaycan polisi kimlərin əli ilə kimləri sıradan çıxardır. AXH və Qurban Məmmədov hələ ki, Cəmil Hacıyevin müdafiəsi ilə bağlı susurlar, Həzarat, bir şey eliyən deyilsiz, yalandan talışlara zəng edib, təzəcə boşalmış zindanları talışlarla doldurmayın....

Категория: XƏBƏRLƏR | Просмотров: 150 | Добавил: tmmrtalish | Дата: 28.03.2019 | Комментарии (0)

Olmaginən məddahı hər bir bütün,
Büt sevən insanlar olur tünbətün.
Ortada qorx ki qalacaq tabutun,
Kimsə yeməz bozbaşını, Mirqaşıq,
Satma Talış qardaşını ,Mirqaşıq.

Əli Nasir.
Zindan Şeirlərindən.


Görüntünün olası içeriği: 1 kişi, yakın çekim
Категория: Tolişə poeziya. | Просмотров: 61 | Добавил: tmmrtalish | Дата: 28.03.2019 | Комментарии (0)

Azərbaycanda azsaylı etnik qruplara dövlət tərəfindən diqqət göstərilir və bu şəkildə dünyada Azərbaycanın multikulturalist ölkə olduğunu sübuta yetirmək istəyirlər ama bu diqqət sadəcə azsaylı və kiçik etnik qruplara göstərilir. Onlara ana dillərində təhsil verilir, birçox haqqları tanınır, icmaları prezident tərəfindən qəbul edilir və s. Tatlar isə 9 milyon əhalisi olan Azərbaycan kimi kiçik bir ölkə üçün azsaylı yox, çoxsaylı millətdilər məhz bu səbəbdən Azərbaycan dövləti çoxsaylı millət olan Tatlara qarşı ayrıseçkilik edir.

Tatları assimilyasiya etmək üçün təzyiqlərə davam edirlər. İndi düşünürsünüz ki, hansı təzyiq? Məgər Tatları asırlar ya kəsirlər?!

Xeyir tatları asmırlar nədə kəsmirlər ama tatların öz ana dillərində təhsil alma haqqı əllərindən alındı, tatların kimliklərinə milliyəti qeyd edilmir. Halbu ki, bu haqq qisməndə olsa ləzgilərdə və yəhudilərdə tanınıb və onların kimliklərində milliyətləri qeyd olunur. Dövlət, Tatları assimilyasiya etmək üçün hər yola əl atır. Məgər bunlar təzyiq deyilmi ? Tatların soy-kök olaraq iranisoylu bir millət olmasıda təzyiqlərin ana səbəblərindən birisidir.

Категория: SIYASƏT | Просмотров: 52 | Добавил: tmmrtalish | Дата: 27.03.2019 | Комментарии (0)