Главная » 2018 » Декабрь » 7 » Astara gömrükçülərinin bayraq sevgisi (arxiv)
21:40
Astara gömrükçülərinin bayraq sevgisi (arxiv)

Astara gömrükçülərinin bayraq sevgisi


Astara gömrükçülərinin bayraq sevgisi
Niyə İrana gedənlər üçün bir, gələnlər üçün isə 3 kömrük postu qurulub?
Tanınmış jurnalist gömrük-keçid postunda başına gələnləri qələmə alıb

Müayinə olunmaq üçün İrana getmişdim, təbii ki, mövzum İran deyil, ancaq bu ölkə ilə bağlıdır. İyulun 9-u geri qayıdanda, səhər orucluğun girəcəyini nəzərə alıb 3 qutu 500 qramlıq çay və 4 qutu 200 qramlıq xurma aldım. Sərhəddəki ilk gömrük postundan problemsiz keçdim. İkinci postda mənə bildirdilər ki, İrandan Azərbaycana çay və xurma gətirmək yasaqdır və bunlar müsadirə olunur. Əvvəl “şaka yapdıqlarını” zənn etdim, çünki məndən fərqli olaraq əhali böyük kisələr və çantalarla İrandan ərzaq daşıyırdılar. Sonra məsələnin ciddi olduğunu görüb, müsadirə aktı yazmalarını xahiş etdim. Bir balaca kağız parçasını təqribən yarım saata yazdılar və mən bu yarım saatı gömrükçülərdən bu əndrabadi qərarın kim tərəfindən verilməsini öyrənməyə cəhd etdim. “Olmaz, vəssalam” şüarı ilə silahlanmış bu “qanun keşikçiləri” nə qərarın kim tərəfindən verildiyini, nə də onun qüvvədə olma müddətini mənə izah edə bilmədilər və elə bu vaxt....
Bu vaxt İrandan qayıdan bizim idmançılar sərhəddi keçirdilər. Birinin paketində bir neçə qutu çay olduğunu görüb, suallarımı bir müddət saxladım və bu vaxt idmançı rahatca həmən çay qutularını “ikinci postdan” keçirtdi. Dərhal “Qanun varsa, onun çaylarını niyə müsadirə etmədiz?” sualını verdim və dahiyanə, ancaq Azərbaycanda eşidə biləcəyim bir cavab aldım: O, İranda bayrağımızı qaldırıb!
Bu “ikinci gömrük postunun gömrük alayının” bayraq sevgisi məni vəcdə gətirdi, nə gətirdi. Yəni Qanun kimlərəsə şamil olunur, kimlərəsə yox? Bu nə yanaşma üsuludur? Bu ayrı-seçkiliyi Azərbaycana kim salıb? Və buna oxşar suallar yağdırmağa başladım. “İkinci gömrük postunun gömrük alayının” mülkü geyimli üzvləri (sonra öyrəndim ki, onlar orda gömrükçülərlə vətəndaşlar arasında maklerlik edirlər) “Ağsaqqal, başa düşmürsən, onlar bayrağımızı qaldırıblar” kimi izahlarla məni susdurmağa çalışdılar. Mən isə, Qanunun, əgər varsa, hamıya şamil edildiyini deyib, aktın mənə tezliklə verilməsini tələb etdim. Daha 10 dəqiqə keçəndən sonra bir zabit, əlində möhür, gəlib aktı “möhürlədi” və akt mənə təqdim edildi. Akt ilə gömrük idarəsinə yaxınlaşdım və bu aktın Qanuni və ya qeyri-Qanuni olmasını öyrənmək istədiyimi izhar elədim. İlk olaraq aktın Qanuni tərtib edildiyini bildirdilər, bu vaxt iradımı bildirdim ki, konkret olaraq müsadirənin kimin fərmanı əsasında edildiyi mənə izah edilsin, necə ola bilər ki, Qanunda hər kəsin 50 kq əl yükü daşımaq hüququ var, mənim 2 kq 300 qram yük daşımaq hüququm yoxdur? Suallarımın çoxluğunu və məntiqə söykəndiyini görüb məni Astara gömrüyünun yük şöbəsinin rəisi Aydın məllimin yanına apardılar. Rəis də öz növbəsində mənə minnət qoymaq istədi: əslində Qanun icazə vermir, ancaq sənə güzəşt edərik! Dərhal sualımı təkrarladım:
- Qanun icazə vermirsə, “bayraq qaldıranlar” niyə adama bir yekə çanta ərzaq daşıdılar? 
Aydın məllim “ola bilməz, Qanun hamı üçün eynidir” deyib, “ikinci gömrük postuna” zəng edib, idmançıların niyə çay keçirtdiklərini soruşdu, görünür ki, postdakılar rəislərinə yalan danışmırlarmış, bildirdilər ki, təqribən 1 saat əvvəl bayrağımızı qaldıran idmançılara güzəşt ediblər, Aydın məllim ciddi görkəm alıb, “Qanun hamı üçün eynidir, heç kəs çay keçirtməsin, o müsadirə etdiyiniz çayları da qaytarın, getsin” - deyib, mənimlə bir az “çex-slovak” şakasını da “yapdı”. Nə isə, geri qayıdıb 2 kq 300 qramlıq yükümü götürməyə getdim, yolda qadınların bir neçə iri çanta daşıdıqlarını gördüm, biri digərinə “hər sumkama 6 manat verdim” deyirdi, “müsadirənin” əsl səbəbini anladım: RÜŞVƏT! Yükümü götürüb, sərhəd-keçid məntəqəsinə tərəf gəlirdim ki, “ikinci gömrük postunun rentgenoloqu” məni 50 metr geri çağırıb, “ağıl vermək” qərarına gəldi, tənbehə başladı: Utanmırsan, gedib rəisə ağzıva gələni demisən? 
Pahooo, atalar yaxşı deyib, “oğru elə bağırdı ki...” bu insanın cavabını verməsəydim, özümü bağışlamazdım, buna görə dilləndim:
- Mən niyə utanım ki? Sənin kimi camaatdan “sumkaya 6 manat rüşvət” alıram? Sənin kimi birinə “olar”, birinə “olmaz” deyirəm? 
Mübahisəmiz yenidən qızışdı, o qədər öz cəzasızlıqlarına arxayındırlar ki, az qaldı məni basıb, döysün. Ətrafdakıların müdaxiləsi bizim mübahisəmizə son qoydu, üz tutdum keçid məntəqəsinə, pasport yoxlamasını keçəndən sonra “3-cü gömrük postu”na rast gəldim, yenə çantalar rentgenə, yenə yoxlama, ancaq “ikinci postdan” fərqli olaraq burda mülki geyimli şəxslər gözə dəymirdi, burdakı fəaliyyət tam sərhəd qaydalarına uyğun idi. Demək “ikinci postu” məxsusən rüşvət yığmaq üçün yaradıblar, əksini sübut edə bilən varsa, bir sualıma cavab versin: necə ola bilər ki, həm gedənlər üçün, həm gələnlər üçün İran gömrüyündə bir post fəaliyyət göstərir, bizdə gedənlər üçün bir gömrük postu, gələnlər üçün isə 3 kömrük postu qurulub? Bunu hansı zərurətdən yaradıblar? Niyə əhalinin 50 kq civarında müxtəlif məlumatlardan ibarət yük daşıma haqqını mənimsəyiblər? Kim bu qanunsuzluğa rəvac verir? Doğurdanmı Azərbaycanı çapıb-talamaqdan doymayan “məmur-monopolistlər” sərhəd-gömrük komitəsinə “Azərbaycana buraxılmaması məsləhət görülən mallar”ın siyahısını təqdim ediblər? Axı bütün dünyada, alver məqsədi olmamaq şərti ilə, yəni kiçik ölçülərdə istənilən malların, ümumi çəkisi 50 kq-mı keçməmək şərti ilə, daşınmasına icazə verildiyi halda, bizdə hətta bir ədəd bananı, bir ədəd kişmiş qutusunu, bir kq kartof-soğanı, xurmanı, düyünü, çayı və s. ərzaqların keçirilməsinə “qanun icazə vermir” bəhanəsi ilə, rüşvət almadan buraxmırlar? Hörmətli Gömrük Komitəsinin sədrinə isə bir sualım var: İrandan Azərbaycana gətirilməsinə yasaq qoyulmuş malların siyahısını, həmən malların hansı zərurətdən yasaq olunduğunu və bu yasaq qanununun qüvvədə olma müddəti barədə “bayraq sevgili Astara kömrük komitəsində” kimdən və necə məlumat ala bilərəm?

Rafiq Cəlilov

Категория: xabar | Просмотров: 160 | Добавил: tmmrtalish | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Подписка: 1 Код *:

Категории раздела
Календарь
«  Декабрь 2018  »
ПнВтСрЧтПтСбВс
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31
Наш опрос
Оцените мой сайт
1. Отлично
2. Хорошо
3. Плохо
4. Ужасно
5. Неплохо
Всего ответов: 10
Статистика

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0