search
menu
person

NEWS AND UDATES


23:15
Talış adına qadağa qoyan professor plaqiatda suçlandı
Talış adına qadağa qoyan professor plaqiatda suçlandı
Professor Sayalı Sadıqova

Talış adına qadağa qoyan professor plaqiatda suçlandı

DEKABR 6TH, 2018 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun “Terminologiya” şöbəsinin müdiri, professor Sayalı Sadıqovanın yeni nəşr etdirdiyi “İzahlı dilçilik terminləri lüğəti” kitabının plagiat olması ortaya çıxıb.

Fenix.Press Ölkə.Az-a istinadən xəbər verir ki, sözügedən institutun “Terminologiya” şöbəsinin müdiri Sayalı Sadıqova və onun başçılıq etdiyi elmi işçilər M.İ. Adilov, Z.N. Verdiyeva və F.M. Ağayevanın birlikdə tərtib etdikləri “İzahlı dilçilik terminləri” və F. Veysəllinin müəllifliyi və redaktəsi ilə hazırlanmış “Dilçilik ensiklopedaiyası”ndan köçürüblər.

Professor Sayalı Sadıqovanın müəllifi olduğu kitabdakı oğurluq faktlarını görmək üçün heç dilçi olmaq da lazım deyil. Kitabın istənilən səhifəsini vərəqləmək kifayətdir edir ki, orada plagiat faktlarını aydın görəsən. Hətta misallar da eynidir.

Xatırladaq ki, Sayalı Sadıqova 2015-ci ildə yaradılan və Azərbaycanda bir çox adlarla yanaşı “Talış” sözünə də qadağa qoyan komissiyanın rəhbəridir. Onun fikrincə bu siyahıya düşən sözlər: “gələcək həyatında insanların maraqlarına ziyan vura bilər”

FenixPress

Category: TMMR XABON | Views: 143 | Added by: tmmrtalish | Rating: 0.0/0
Total comments: 0
avatar