12:00
Talış Beynəlxalq İnsan hüquqları müdafiə təşkilatının sədri Boris Talışinskinin müraciəti
Azərbaycan Respublikasının Ədliyyə naziri, I dərəcəli dövlət ədliyyə müşaviri, cənab Fikrət Fərrux oğlu Məmmədova,
AR Ədliyyə nazirinin müavini, Penitensiar xidmətin rəisi, cənab Ceyhun Əkbər oğlu Həsənova,

                                                            Hörmətli Cənablar,

Azərbaycan Respublikasının vətəndaşı, Talış xalqının özünə hörmət edib, milli mənliyinə sahib çıxa bilən övladı, sosial şəbəkələrdə bloger fəaliyyətinə görə Aslan Əhəd oğlu Qurbanovun barəsində, AR Ağır Cinayyətlər Məhkəməsinin 15 aprel 2021-ci il tarixli və Bakı Appelasiya məhkəməsinin 27 may 2021-ci il tarixli qərarları ilə 7 il həbs cəzası hökmü çıxarılmışdir.
Hazırda ƏN-nin Penitensiar xidmətinin 10 saylı cəzaçəkmə müəssisəsində saxlanılır.
A.Ə. Qurbanovun həbsinin motivlərinə uyğun olaraq, bir çox Beynəlxalq hüquq müdafiə təşkilatları, o cümlədən Beynəlxalq əhv təşkilatı( Amnesty International) da onu söz, siyasi-vicdan məhbusu kimi tanımışdır.
10 saylı cəzaçəkmə müəssisəsinə köçürələn A.Ə. Qurbanova münasibət müəsisə rəhbərliyi tərəfindən daima anti-insani, ksenofobik formada qurulmuş, ağır epilepsiya xəstəsi olmasına baxmayaraq, Penitisiar xidmət məcəlləsinin müddalarına belə ciddi, zidd şəkildə yanaşma hazırkı vaxta qədər sərgilənir, normal yataq dəsti ilə də təmin edilməmişdir!
Almaniya Federativ Respublikasında rəsmən qeydiyata alınmış Beynəlxalq Talış insan hüquqlarının müdafiə təşkilatı olaraq, A.Ə.Qurbanovun saxlanma və səhəti barədə bizə çatan məlumatlardan ciddi narahatçılığımızı Sizə çatdırmaqla, xahiş edirik, bu gəncin taleyinə qisasçı zəmində münasibətin qurulmasına son verəsiniz!

Dərin hörmətlə,
Talış Beynəlxalq İnsan hüquqları müdafiə təşkilatının sədri
Boris Talışinskiy.

 
Category: TMMR XABON | Views: 21 | Added by: tmmrtalish | Rating: 0.0/0
Total comments: 0
Подписка: 1 Код *: