Главная » 2018 » Декабрь » 2 » Talış Muğan Muxtar Respublikasının Mühacir hökümətinin  İ c l a s   p r o t o k o l u N: 1
19:39
Talış Muğan Muxtar Respublikasının Mühacir hökümətinin  İ c l a s   p r o t o k o l u N: 1
                                            Talış Muğan Muxtar Respublikasının Mühacir hökümətinin 
                                                                   İ c l a s   p r o t o k o l u N: 1
28 noyabr 2018-ci il tarixində TMMR-in Mühacir hökümətinin tam tərkibdə iclası oldu. İclasda TMMR prezidenti və hökümət üzvlərinin  böyük əksəriyyəti iştirak edirdi.

                    İclası aparırdı:                       Hökümətin sər vəziri, R. Mirzəyev

                      İclasın katibi:                       Hökümət  üzvü,            İ. Həmidov

              Gündəlikdə müzakirəyə çıxarılan məsələlər:

1. Azərbaycan Respublikasında  baş verə biləcək ictimai- siyasi vəziyyətin təhlili, qarşıda baş verə biləcək hadisələrin gedişatında Talışın yeri;
2. Təskilati məsələlər.

Azərbaycan Respublikasında hazırkı ictimai-siyasi vəziyyət, vəziyyətlə əlaqədar ölkə daxilində və ondan xaricdə qruplaşmalar, onların niyyət və gedişləri haqqıda, hakim tayfadaxili qüvvələrin bu prosseslərdəki rolu barədə, hökümətin Sər vəziri, əğəye Rəhim Mirzəyev geniş məruzə edərək, mənbələrə istinadan mövcud vəziyyəti ətraflı təhlil etdi. Baş verə biləcək prosseslərə Talış xalqının siyasi-ictimai fəal hissələrinin cəlbinə edilən cəhdlərə münasibətini bildirməklə, bu prosseslərin gedişatına uyğun olaraq, ona məlum olan təqvim planlaşdırmalarının təqribi vaxtlarını da, elan etdi. Özünü demokrat adlandırıb, millətçilik, pantürkçülük xəstəliyinə mübtəla olan, vaxtı ilə öz əməl və fəaliyyətləri ilə. Iqtidarda olduqları dövrlərdə bunu əyani göstərən adamların, yenə Qarabağ çağırışları ilə, saray çevrilişinə cəhdlərində Talış xalqının nümayəndələrinin iştirak edəcəyinin təhlukəli nəticələri barədə öz baxışlarını açıqladı.....
Sər vəzirin məruzəsi ətrafında MR prezidenti, təhsil vəziri, maliyyə,vergi və kömrük vəziri və digər vəzirlər öz münasibət və baxışlarını bildirdilər.
Məsələ ətrafında edilən çıxış, şərh və baxışları hərtərəfli müzakirə edərək yığıncaq qərara alır:
1. Yaranmış  mürəkkəb  vəziyyət daima diqqətdə saxlanmaqla, Talış xalqının bütövlükdə  saray, tayfa və regiondaxili çəkişmələrdə iştirakının mənasızlığı, daima fəallara izah edilməklə ümümmüzakirə predmeti kimi gündəlikdə saxlanılsın; 
2. Ölkədaxili siyasi mübarizədə MR-nın ərazisi boyu dövlət quruculuğunun inkişafı prossesinin vacibliyi təbliğatı daha da gücləndirilsin;
3. Vəziyyətin gərginliyi nəzərə alara, hər həftənin şənbə günü kabinetin iclası məcburi prossesudur kimi icbariləşdirilsin.
İkinci məsələ barədə Sər vəzir məlumat verərək, Hökümətin tərkibinə yeni əğələrin cəlb edilməsi, onlarla aparılan işlər haqqında məlumat verdi və prossesin müsbət tendesiyasında  davamiyyətini qeyd etdi.

           İclasın sədri:      R.Mirzəyev

          İclasın katibi:      İ. Həmidov
Категория: TMMR XABON | Просмотров: 262 | Добавил: tmmrtalish | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Подписка: 1 Код *:

Категории раздела
Календарь
«  Декабрь 2018  »
ВсПнВтСрЧтПтСб
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Наш опрос
Оцените мой сайт
1. Отлично
2. Хорошо
3. Плохо
4. Ужасно
5. Неплохо
Total of answers: 10
Статистика

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0