search
menu
person

NEWS AND UDATES


22:33
“Xəzər Lankon”un yarımmüdafiəçisi: Biz Neftçidən daha yaxşı oynayıb, layiqli qələbə qazandıq
“Xəzər Lankon”un yarımmüdafiəçisi: Biz Neftçidən daha yaxşı oynayıb, layiqli qələbə qazandıq
"Xəzər Lankon”un yarımmüdafiəçisi Rikardo Qomeş Premyer Liqanın 5-ci turunun "Neftçi” ilə oyunundan (1:0) sonra azerisport.az saytının suallarını cavablandırıb. Musahibəni olduğu kimi oxucularımızın nəzərinə çatdırırıq.
 
- "Neftçi” ilə oyunu necə dəyərləndirərdiz?

- Mənim üçün bu, ilk "Böyük oyun” idi. Stadiondakı atmosfer, meydandakı mübarizə mənim çox xoşuma gəldi. Hər iki komanda qələbə üçün döyüşdü və öz ustalığını göstərdi. Hakimin start fitindən öncə arenaya baxdım və azarkeşlərin matçın başlamasını necə maraqla gözlədiklərini gördüm. Əlbəttə, matçın gedişində biz ancaq oyun haqda düşünürük. Amma lankonlu fanatların dəstəyi sayəsində biz daha yaxşı oynayırıq. Qazandığımız uğuru da həmin azarkeşlərimizə həsr edirik. Onlar həmişə yanımızdadılar. Məşqlərdə də, oyunlarda da. Heç vaxt bizi yalnız qoymurlar. Bu, onların "Xəzər Lankon”u necə sevdiklərini göstərir.
 
- Rəqibin oyununu necə qiymətləndirərdiz?

- "Neftçi”də çoxlu yaxşı futbolçular var. Onlar göstərdilər ki, bizimlə oyuna çox yaxşı hazırlaşmışdılar. Hər iki komanda 90 dəqiqə hücum etdi. Rəqibimiz yaxşı oynadı. Aydın məsələdi ki, "Xəzər Lankon”a qarşı Lankonda oynamaq çox çətindi. Amma istənilən halda rəqibdən daha yaxşı təsir bağışladığımızı düşünürəm. "Neftçi” üçün bu oyundakı məğlubiyyətlə hər şey bitməyib. Qarşıda onları çoxlu çətin oyunlar gözləyir.

- "Xəzər Lankon” "Neftçi”ni nəyin sayəsində məğlub etdi?

- Ola bilsin ki, biz qələbəni daha çox arzulayırmışıq. Daha yaxşı oynadıq və qələbəyə layiq idik. Oyuna da yaxşı köklənmişdik. Heyətimizdə yeni futbolçular çox olsa da, sona kimi döyüşdük. Amma bizim daha yaxşı oyunlarımız hələ qarşıdadı. Hər oyunda "artırırıq”.
 
- Amma 90 dəqiqə ərzində qol vura bilməyən XL rəqibin avtoqoluna sevindi...

- Biz "Neftçi”nin müdafiəçisini səhv buraxmağa məcbur etdik. Fikrimcə, Ruslan Abışovun avtoqolu olmasaydı da, biz qələbə qolunu özümüz vuracaqdıq. Belə oyunlarda çox qol vurmaq yox, kimin qələbə qazanması daha vacib əhəmiyyət kəsb edir. Bu günkü derbidə XL qələbə qazandı. Hər iki komandanın qol vəziyyətləri vardı. Sadəcə biz müdafiədə daha səliqəli oynayıb, rəqibə sevinməyə imkan vermədik. Təbii ki, çempionluq yolundakı əsas rəqiblərindən birini məğlub etmək həmişə xoşdu.

- İlk "Böyük oyun”unuz nə ilə yadda qaldı?

- Fikrimcə, XL – "Neftçi” oyunları çempionatın məğzidi. Əlbəttə, mən hələ bir çox komandalara qarşı oynamamışam. Bu derbiyə gəlincə, qələbə, azarkeşlərin dəstəyi və yaxşı oyunla yadda qaldı. Qarşıda bizi çoxlu oyunlar gözləyir. Bu qələbədən sonra çoxlu iş gördüyümüzü deyə bilmərik. Bu, hələ heç nə demək deyil.
 
- Amma bu qələbə zirvədə daha da möhkəmlənməyinizə şərait yaratdı...

- Çempionatın lideri olmaq çox xoşdu. Xüsusilə də, belə rəqibi məğlub etdikdən sonra. Amma XL-ın hədəfi bütün rəqiblərini məğlub etməkdi. Əgər bu gün ilk pillədə gediriksə, deməli, buna layiqik. Sona kimi lider qalmaq istəyirik. İstisna deyil ki, xal itkilərimiz də olacaq. Qarşıda çoxlu ağır oyunlarımız var.
Category: TMMR XABON | Views: 124 | Added by: tmmrtalish | Rating: 0.0/0
Total comments: 0
avatar