Oğlunu qorumaq üçün özünü canavarın qarşısına atan ana:
02.12.2018, 20:54

Oğlunu qorumaq üçün özünü canavarın qarşısına atan ana: "Ağzından qan axırdı" (VİDEO)


Astarada canavara meydan oxuyan ana oğlunu yırtıcıdan xilas edə bilib. 

BAKU.WS xəbər verir ki, Şüvü kəndi sakini Jalə Firudinzadə səhər saatlarında övladını məktəbə aparırmış. Bu zaman onun qarşısına canavar çıxıb. Hadisə zamanı 4-ü məktəbli olmaqla 7 nəfər xəsarət alıb.


J.Firudinzadə övladı Rəvan Abdullayevi qorumaq üçün canavrın önünə atlayıb və canavar 25 yaşlı qadını dişləyərək yaralayıb. Qadın övladının üstünə uzanaraq onu canavardan qoruyub və canavar onun bədənin müxtəlif nahiyələrinə xəsarətlər yetirib.


Qadının hərəkətsiz uzandığını görən canavar digər məktəblilərə hücum edib. Bu zaman məktəbə gedən, 2007-ci il təvəllüdlü Lalə Əşrəfova və 2004-cü il təvəllüdlü Rafiq Baxşıyev, kənd sakini, 1974-cü il təvəllüdlü Malik Ağayev yırtıcıların hücumuna məruz qalıblar.
Category: Talısh | Added by: tmmrtalish
Views: 387 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Подписка: 1 Код *: