search
menu
person

NEWS AND UDATES


16:30
17 yaşlı oğlanın boynunu sındırıb zirzəmiyə atdı – Lənkəranda dəhşət

17 yaşlı oğlanın boynunu sındırıb zirzəmiyə atdı – Lənkəranda dəhşət

Lənkəran şəhərində iki gəncin mübahisəsi dəhşətli cinayətlə nəticələnib.

Rayonunda Digah kənd sakini 18 yaşlı Şamil Bağırov aralarında olan mübahisəni həll etmək üçün həmkəndlisi 17 yaşlı Əkbər Quliyevi kənddə yerləşən bir yarımtikiliyə çağırıb. Ş.Bağırov da ora gedib və mübahisə zamanı Əkbəri söyərək burnundan yumruqla vurub. Bundan əsəbiləşən Ə.Quliyev idman fəndi ilə Ş.Bağırovun boynunu sındırıb, daha sonra Şamilin əynindəki şalvarın belindən kəməri çıxararaq onu boğub. 17 yaşlı Əkbər həmkəndlisinin öldüyünə əmin olduqdan sonra meyiti həmin tikilinin zirzəmisinə atıb.

Bu hadisə martın 17-də baş verib, cinayətin üstü isə aprelin 5-də açılıb. Faktla bağlı Lənkərən şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Cinayəti törətməkdə şübhəli bilinən Ə.Quliyev saxlanılıb.

Category: TALİSH | Views: 74 | Added by: tmmrtalish | Rating: 0.0/0
Total comments: 0
avatar