24.12.2018

Taleh Qaraşov Lənkəranın dəniz sahillərini ələ keçirir, lüks otel tikdirir – Biznes…

Taleh Qaraşov (Qaraşov Taleh Azay oğlu) — Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı

Həyatı.

Taleh Qaraşov 20 may 1959-cu ildə Kürdəmir rayonunun Pirəköçə kəndində anadan olmuşdur. 1981-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu, 1987-ci ildə Bakı Politologiya və Sosial İdarəetmə İnstitutunu bitirmişdir. İxtisası inşaatçı-mühəndis və Politoloqdur[1].

1981-1982-ci illərdə Kürdəmir rayonundakı 4 saylı “Şirvanmeliosutikinti” trestində mühəndis, 1982-1983-cü illərdə Kürdəmir KP rayon Komitəsində təlimatçı, 1983-1986-cı illərdə Kürdəmir rayon Komsomol Komitəsinin birinci katibi, 1986-1991-ci illərdə Azərbaycan KP Kürdəmir rayon Komitəsində şöbə müdiri, 1991-1996-cı illərdə Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının müavini, 1996-2002-ci illərdə Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı, 2002-2006-cı illərdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı, 2006-2011-ci illərdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı, 2011-2012-ci illərdə isə Astara Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışmışdır.

Azərbaycan Respublikasının Prezidentinin 14 aprel 2012-ci il tarixli Sərəncamı ilə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunmuşdur.

Ailəlidir, 3 övladı var.

24.12.2018

Ələkrəm Hümmətov - Azərbaycan talışlarla nəyə görə dost olmaq istəmir - OTV (#52 )

Ələkrəm Hümmətov - Azərbaycan talışlarla nəyə görə dost olmaq istəmir - OTV (#52 )

24.12.2018

Torpağımızı zorla əlimizdən alan isə Lerikin İcra başçısı Rövşən Bağırov və Milli Məclisin deputatı İqbal Məmmədovdur.

Infobox-realisateur.png
Rövşən Bağırov
Rövşən Elmidar oğlu Bağırov
 
bayraq Lerik Rayon İcra Hakimiyyətinin başçısı bayraq
2 aprel 2007 — indiyə kimi
Sələfi Füzuli Hacıyev

Doğum tarixi 1966
Doğum yeri Bakı

Bağırov Rövşən Elmidar oğlu - Lerik Rayon İcra Hakimiyyətinin başçısı

Həyatı[redaktə | əsas redaktə]

R.E.Bağırov 1966-cı ildə Bakı şəhərində anadan olmuşdur. 1983-1990-cı illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda təhsil almışdır. 1983-cü ildə əmək fəaliyyətinə başlamışdır.

1983 - 1985 - ci illərdə Əzizbəyov adına Neft-Kimya İnstitutu, "Əməyin mühafizəsi" kafedrasında preparator, 1985 - 1987 - ci illərdə Sovet Ordusu sıralarında bölmə komandiri, 1987 - 1989 - cu illərdə Neft-Kimya İnstitutu, "Əməyin mühafizəsi" kafedrasında laborant, 1989 - 1990 - cı illərdə Neft-Kimya İnstitutunda mühasib, 1990 - 1991 - ci illərdə Azərbaycan LKGİ MK-nın Gənclərin və tələbələrin respublika qərargahında təlimatçı, 1991 - ci ildə "Gənclik" Sovet Türkiyə müştərək müəssisəsində baş mühasib 1991 - 1992 - ci illərdə "Amal" kiçik müəssisəsində baş mühasib, 1992 - 1994 - cü illərdə Səbayıl Rayon Əhalinin Məşğulluq Mərkəzində baş mühasib, 1995 - 1996 - cı illərdə "Elmarbank" Səhmdar Kommersiya Bankında kredit şöbəsinin müdiri, 1994 - 2003 - cü illərdə "Debut" Səhmdar Kommersiya Bankının "Sahil" filialında şöbə müdirinin müavini, 2003 - 2006 - cı illərdə "Bakı yoltikintiservis" Açıq Tipli Səhmdar Cəmiyyətində baş mühasib, 2006 - 2007 - ci illərdə "Sənaye Tikinti Servis" Məhdud Məsuliyyətli Cəmiyyətinin sədri vəzifələrimdə çalışmışdır.

Azərbaycan Respublikası Prezidentinin 2 aprel 2007-ci il tarixli 2078 nömrəli Sərəncamı ilə Lerik Rayon İcra Hakimiyyəti başçısı təyin edilmişdir. Ailəlidir, 3 övladı var.

 

24.12.2018

Qəzənfər Ağayev bu torpaqları zəbt elədi. Astara Rayon İcra Hakimiyyətinin başçısı.

Qəzənfər Arif oğlu Ağayev - Astara Rayon İcra Hakimiyyətinin başçısı.

Həyatı

1961-ci il 2 noyabr tarixdə Naxçıvan şəhərində ziyalı ailəsində anadan olub. 1990-cı ildə Azərbaycan Texnologiya İnstitutunu, 2002-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini bitirib.

Əmək fəaliyyətinə 1980-cı ildə başlayıb. 1983-1986-cı illərdə Naxçıvan şəhərində tikinti trestində, 1987-1990-cı illərdə isə Naxçıvan Şərab Emalı Zavodunda müxtəlif vəzifələrdə, 1994-cü ildən isə Bakı şəhərində "Xal-xal" kommersiya şirkətinin direktoru vəzifəsində işləyib.

2000-2005-ci illərdə Vergilər Nazirliyi sistemində işləyib. 2005-2006-cı illərdə Yardımlı Rayon İcra Hakimiyyəti başçısının sosial-iqtisadi məsələlər üzrə müavini, 24 mart 2006-ci ildən 29 sentyabr 2006-cı il tarixə kimi Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı, 2006-2012-ci illərdə isə Masallı Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb.

Azərbaycan Respublikası Prezidentinin 14 aprel 2012-ci il tarixli Sərancamı ilə Astara Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub.

Ailəlidir, 2 övladı var.