03.01.2019

Mehman Hüseynova dəstək aksiyasında jurnalistlər saxlanılıb

Bu gün bloqqer Mehman Hüseynov üçün keçirilən dəstək aksiyasında jurnalistlər saxlanılıb.

Aksiyanı işıqlandıran jurnalistlər Sevinc Vaqifqızı, Əfqan Sadıqov, Fərid Abdinov və Nurlan Qəhrəmanlı həbs edilib. 

231 0 SIYASƏT
03.01.2019

BAKIDA TALIŞ DİLİNDƏ “BOY BƏ TOLIŞ” ( TALIŞ DİYARINA GƏL) POEZİYA ALMANAXI ÇAPDAN ÇIXIB

BAKIDA TALIŞ DİLİNDƏ “BOY BƏ TOLIŞ” ( TALIŞ DİYARINA GƏL) POEZİYA ALMANAXI ÇAPDAN ÇIXIB

Bu günlərdə Bakıda, Azərbaycan nəşriyyatında respublikamızda aborogen xalqlardan biri olan talış xalqının daha bir mədəni uğurunu əks etdirən, talış ədəbiyyatının, talışdilli poeziyanın parlaq nümunəsi olan “Boy bə Tolış” (tərcüməsi: Talış diyarına gəl) şeir toplosu, poeziya almanaxı çapdan çıxmışdır. ( B-2018, 272 səh.)

03.01.2019

türk , Azərbaycanlını vəhşicəsinə öldürdü -Əyləndikdən sonra 55 bıçaq zərbəsi vurdu

türk , Azərbaycanlını vəhşicəsinə öldürdü -Əyləndikdən sonra 55 bıçaq zərbəsi vurdu

 
03.01.2019

Mehman Hüseynova azadlıq tələb edənləri polis saxlayıb

Bir qrup ictimai fəal aksiya keçirib

Bir qrup ictimai fəal yanvarın 3-də paytaxtın “Neftçilər” metrostansiyasının çıxış hissəsində bloger Mehman Hüseynovun azad edilməsi tələbi ilə aksiya keçirib.
Onlar blogerə qarşı yeni cinayət işini qondarma sayaraq, hakimiyyətin ünvanına sərt tənqidlər səsləndiriblər.

20 dəqiqədən çox keçən aksiya polis tərəfindən dağıdılıb.

yanvar 2019 İANƏ VERMAK.

02.01.2019

"Azərbaycan Xalqlarının Rifahi Partiyası"nın Təşəbbüs Qrupunnun  BƏYANATI

                                    "Azərbaycan Xalqlarının Rifahi Partiyası"nın Təşəbbüs Qrupunnun 

                                                                                      BƏYANATI

02 yanvar 2019-cu ildə Bakı şəhərində "Azərbaycan Xalqlarının Rifahi Partiyası"nın yaradılması istiqamətində 7 nəfərdən ibarət Təşəbbüs Qrupunnun toplantısı keçirilmişdir
Təşəbbüs qrupu bəyan edir ki, Azərbaycan Respublikasında çoxsaylı partiyaların olmasına baxmayaraq, bu partiyalardan heç birinin məramnaməsində Azərbaycandakı bütün xalqların, öz mədəniyyətlərini, adət-ənənələrini yaşatmaqla, firəvan və rifah halında birgəyaşayışını prioritet kimi tutan bənd və ya müddəa yoxdur., Təşəbbüs qrupu hesab edir ki, Azərbaycandakı indiki durumda - millətlər arası nifaq salmaq istiqamətindəki ultra millətçi, şovenist çıxışların artdığı bir dövrdə həmin çıxışların təsirini heçə endirmək zorunda olan və Azərbaycandakı xalqların manafeyini qoruya biləcək yeni bir siyasi qüvvəyə - partiyaya ehtiyac vardır.  Təşəbbus qrupu Azərbaycanın gələcək rifahının məhz Azərbaycanda yaşayan bütün xalqların Konstitusion hüquq və azadlıqlarının qorunmasında görən bütün vətənpərvər vətəndaşları "Azərbaycan Xalqlarının Rifahi Partiyası"na üzv olmağa dəvət etməklə, ."Azərbaycan Xalqlarının Rifahi Partiyası"nın yaradıldığını 

                                                                                   BƏYAN EDİR!