27.01.2019

Azərbaycan sakini etiraz əlaməti olaraq evinin darvazasını talış bayrağının rəngləri ilə boyamışdır

Lənkəran rayonunun sakini , Azərbaycanda talış simvollarına qadağasına etiraz əlaməti olaraq  ,evinin darvazasını üç rəngli talış bayrağının rəngləri ilə boyamışdır.

Lənkəran rayonu Boladi kəndinin  sakini Fədail Bağırov Azərbaycanda talış bayrağına qoyulan  qadağaya , etiraz əlaməti olaraq  həyətinin darvazasını üç rəngli talış bayrağının rəngləri ilə boyamışdır. Darvazanın şəkili sosial şəbəkələrdə sürətlə yayımağa başlamış və güclü müzakirələrə səbəb olmuşdur.

27.01.2019

Ataxan Abilov : İskəndər Həmidov "AXH" adlandırılan bir məclisdə Talışlardan danışıb.

Dünən İskəndər Həmidov "Azərbaycan Xalq Hərəkatı" adlandırılan bir məclisdə talışlardan danışıb (video şərhdə). Həmişəki kimi yuxarıdan aşağı formada, dərs demək iddiasıyla. 

Azərbaycan çox millətli bir cəmiyyətdir və burada talışlar köklü xalqlarından biridir, say etibarıyla Azərbaycanın ikinci böyük xalqıdır. Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşması, hüquqi dövlət quruculuğu bu məmləkətdə yaşayan bütün xalqların bərabər təminata malik olmasından, qarşılıqlı tanınmadan və bir-birinə hüquq və azadlıqlar baxımından qarşılıqlı hörmətdən keçir. Bu demokratiyanın əlifbasıdır, bunu dərk etməyənlər ümumiyyətlə demokratiyadan danışmağa haqqları yoxdur. 
377 0 SIYASƏT
27.01.2019

''Məhbuslara işgəncə verilməsi hallarına son qoyulmalıdır''

Yunis Səfərova işgəncə verilən zaman
Yunis Səfərova işgəncə verilən zaman Fotoqraf: meydan.tv

''Məhbuslara işgəncə verilməsi hallarına son qoyulmalıdır''

 

''Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməlləri təftiş edilməlidir”''

“Yerli və beynəlxalq ictimaiyyətin haqlı tələbindən sonra Azərbaycan hakimiyyəti geriyə addım ataraq bloger Mehman Hüseynov haqqında açılmış saxta cinayət işini ləğv etdi. Bu, müsbət addımdır. Ancaq təəssüf ki, həbsxanalarda qanunsuz olaraq saxlanılan digər 150-yə yaxın siyasi məhbus haqqında anoloji addım atılmır. Onlar haqqında açılmış qondarma cinayət işləri ləğv edilmir”.

27.01.2019

Lənkaranda xeyriyyə aksiyasina start verildi "Ehtiyacin varsa götür,Ehtiyacin yoxdursa getir"

 "Ehtiyacin varsa götür,Ehtiyacin yoxdursa getir"     mağazasi geyimlerin yiğmina start verdi.Sizde ehtiyaciniz olmayan geyimlerinizi Xezer Lenkeran stadionun altindaki bu mağazaya getire bilersiniz,geyim yigimi başladiqdan sonra Mağaza ehtiyyaclilar üçün faliyyete başlayacaq.(mağaza bağli olsa getirdiyiniz geyimleri yaxinliqda olan idman mağazasina vere bilersiniz)
Elaqe nomresi: 055-587-34-03

 
290 0 TALIŞH