search
menu
person

NEWS AND UDATES


İsveçrədə yaşayan mühacir jurnalist Laçın Məmişov özünün sosial şəbəkə hesabında sensasion sayıla biləcək status paylaşıb. O, həmin yazıda Almaniyada yaşayan mühacir müsavatçı Mehdi Xəlilbəylinin ünvanına şok ittihamlar səsləndirib.

 L.Məmişov müsavatçı mühacirin Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbovla biznes ortağı olduğunu iddia edir. Jurnalist M.Xəlilbəylinin Almaniyanın Köln şəhərində 25,000,00 avro nizamnamə kapitalı  ilə “Sirab Europe GmbH” adında şirkət açdığını bildirib. L.Məmişov “Sirab Europe GmbH” şirkəti ilə bağlı ittihamlarını gücləndirən sənədlər də paylaşıb. Bu sənədlərdən görünür ki, M.Xəlilbəyli şirkətin təsisçisi və rəhbəridir. L.Məmişov müsavatçı mühacirin başqa qanunsuz fəaliyyətlə məşğul olduğunu da söyləyir. İddia edir ki, M.Xəlilbəylinin fəaliyyətinə saxta partiya biletlərinin, arayışların, məhkəmə qərarlarının, qəzetlərdə saxta “təqib olunan siyasi fəallar” haqqında məqalələrin yerləşdirilməsi, Almaniya hökumətinə təqdim olunmaq üçün bir nüsxəlik saxta qəzetlər, vizalar hazırlanması, qanunsuz miqrasiya, insan alveri və şantaj məsələləri də daxildir.

Категория: XƏBƏRLƏR | Просмотров: 179 | Добавил: tmmrtalish | Дата: 10.02.2019 | Комментарии (0)