29.03.2019

”Rəis dedi, yazmasa, aparın, tualetdə başını murdarlayın”

 
 
Quba sakini Meydan TV-yə polis işgəncəsindən danışıb
“Saxladıqları otaqda qışqırırdım ki, buranın bir sahibi var, ya yox? Biri gəlsin, desin, məni bura niyə gətirmisiz. Nə cinayətim, nə günahım var? Səsimə şöbənin rəisi özü aşağı düşdü, işçilərinə tapşırıq verdi, məni onun otağına apardılar, sonra lüt soyundurdular. Rəis, həmin şöbədə işləyən bacısı oğlu və digər işçilər – hərəsi bir tərəfdən amansızcasına döydü məni….”
Quba sakini Rəşid Məmmədov Meydan TV-yə danışır ki, ötən ilin noyabrında rayon polis şöbəsində işgəncələrə məruz qaldıqdan sonra polisə müqavimət ittihamı ilə 10 günlük inzibati həbs cəzasına məhkum edilib. Rəşid Məmmədovun sözlərinə görə, onu noyabrın 15-də Gürcüstandan qayıdarkən “Sınıq körpü” gömrük -sərhəd keçid məntəqəsində saxlayıblar:
“Başımı əyib stola çırpdı, alnımdan qan açıldı”
402 0
29.03.2019

“Şərurlu İsfəndiyar” aprel şəhidinin evini ailəsinin əlindən aldı

“Şərurlu İsfəndiyar” aprel şəhidinin evini ailəsinin əlindən aldı


Aprel şəhidi Sənan Axundovun ailəsinə məxsus ev əlindən alınıb.
Bu barədə jurnalist Aida Eyvazlı sosial şəbəkədə məlumat yayıb.
 “Qanunsuz qərarın çıxarılmasına isə “Şərurlu İsfəndiyar” sifariş verib. Belə ki, bir neçə il bundan əvvəl Sənan Axundov sağlığında Kamran MMC-nin tikdiyi binadan 50 kvadratmetr yer götürüb, sonra “Kamran MMC”-nin işçiləri haqqında fırıldaq etdiklərinə görə cinayət işi başlanılıb və binanın 11 mərtəbəsini Şərurlu İsfəndiyar alıb. Həmin binada əlavə 5 mərtəbə də tikib. Şərurlu İsfəndiyarın sakinlərlə şərti belə olub ki, binadakı mənzillər üçün yenidən onun istədiyi qiymət ödənilməlidir. Sənan Axundov sağ olanda öz hüququnu qoruyub və məhkəmələrin birində qanuni qərar çıxarılıb ki, binadakı 50 kvadratmetirlik yerin sahibi onun özüdür.
28.03.2019

Azərbaycan  Xalqlarının Demokratik Partiyasının (AXDP)  Məramnaməsi  (L A Y İ H Ə)

                                                   Azərbaycan  Xalqlarının Demokratik Partiyasının (AXDP) 

                                                                                       Məramnaməsi

                                                                                       (L A Y İ H Ə)

    Giriş

    Azərbaycan Respublikasında fəaliyyət göstərən çoxsaylı partiyaların məramnamələrinə diqqət edərkən, görürük ki, ölkə xalqlarının dillərinin, mədəniyyətlərinin, adət-ənənələrinin və digər maddi-mental, milli-mənəvi dəyərlər sisteminin hifz olunması, inkişafı ilə bağlı,  heç bir siyasi təşkilatın əsaslandırılmış proqram və məramnamələri yoxdur! Dilindən və dinindən asılı olmayaraq, ölkə vətəndaşlarının qürurlü, ləyaqətli, firəvan, xoşbəxt birgəyaşayış prinsiplərini prioritet götürə biləcək Məramnamə niyyətlərinin olmaması, həmin partiyaların Azərbaycan cəmiyyətində layiqli nüfuz və tərəfdaş qazana bilməməsi ilə nəticələnmişdir! Bütün bu ideoloji çatışmazlıqlar Hakimiyyət dəyişməzliyinə, avtoritar idarəetməyə və son nəticədə isə, vətəndaşların həyat şəraitlərinin həddindən artıq aşağı düşməsinə gətirib çıxartmışdır!