search
menu
person

NEWS AND UDATES


Talış Muğan Muxtar Respublikasının gəncliyini, salamlayır və əzizlərim, Sizlərə müraciət edirəm: Özünə hörmət edib, vətəninə bağlı olan xalqlar anlayır ki, onların ən böyük sərvəti,- savadlı, ağıllı gənclikdir və onun yaranmasına da bütün resurslarını xərcləyir. Təəssüflər olsun ki, hazırkı məqamda, vətənimizdə, bizlər bu qayğı və diqqətdən, məhrum vəziyyətdə olduğumuzdan, az qala bütün dünyaya səpələnmişik və…bu, antimili nəticə verəcək, köç davam etməkdədir!
Nə və necə edək?
Tarixən belə olub və belə də davam edəcək. Savadlı, ən asasi, özünə hörmətdə, cəsarət sahibi olan övladları olan xalqlar, heç vaxt, qısa müddətə belə, başqalarından imdad istəməz, əl açıb, xilas gözləməz, inanmaz ki, hansısa supergüclər, qızıl məcməydə ona arzuladıqlarını gətirib, təqdim edəcək!
Категория: TALİSH | Просмотров: 96 | Добавил: tmmrtalish | Дата: 19.04.2019 | Комментарии (0)

Bircə onu dedim ki, ay səfeh, heç olmazsa, yazdığında fikir ver, 5(beş) gün ərzində məni deport etməməlidirlər, sonra da yazırsan ki, 10(on) gün ərzində şikayət edə bilərəm, sənin məntiqin hanı? Heç nə deməyib, çıxıb getdi. 
 Mülki geyimli şəxslər ikinci polis kapitanı ilə birgə məni zorla həyətdə duran “cip” markalı avtomobilə oturtdular, ikinci bir maşının müşahiyəti ilə məni Şeremetyeva aeroportuna gətirdilər. 
Pasport nəzarətindən keçərkən Azərbaycanın mülki geyimində olan bir nümayəndəsi yaşıl rəngli bir kağızı yoxlayan qadına təqdim etdi (“Vətənə qayıtmaq haqqında şəhadətnaməni” aradan çıxarmışdılar!). Mən qadına dedim ki, o sənəd saxtadır, mənim elə sənədim yoxdur, bu adamlar məni oğurlayıb, Azərbaycana təhvil vermək istəyirlər! O, isə,-“nəyi saxtadır, lap normal sənəddir!”, dedi və sonra buyurdu ki, keçin! 
Категория: TALİSH | Просмотров: 181 | Добавил: tmmrtalish | Дата: 19.04.2019 | Комментарии (0)