search
menu
person

NEWS AND UDATES


Jurnalist Prezident Administrasiyası qarşısında saxlanılıb



Jurnalist Xəyalə Ağayeva Prezident Administrasiyası qarşısında saxlanılıb.

Bu barədə jurnalist Ramin Deko məlumat yayıb.

O bildirib ki, mayın 29-da jurnalist Xəyalə Ağayeva Prezident Administrasiyasına şikayətə gələn "Respubika idman tibb mərkəz"nin işçilərini çəkərkən saxlanılıb.
Категория: XƏBƏRLƏR | Просмотров: 151 | Добавил: tmmrtalish | Дата: 29.05.2019 | Комментарии (0)

Xəstəxanada anasının ölümünə etiraz edən şəxsə həbs cəzası verildi – Səhiyyədə daha bir ŞOK


Anasının ölümünə görə 3 saylı Şəhər Klinik Xəstəxanasında etiraz edən vətəndaş həbs edilib.
Sabunçu rayon Məhkəməsinin qərarı ilə, 1979-cu il təvəllüdlü Məmmədov Rəfi Vaqif oğlu İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi (Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi) ilə 20 gün müddətində həbs olunub.
Категория: XƏBƏRLƏR | Просмотров: 121 | Добавил: tmmrtalish | Дата: 29.05.2019 | Комментарии (0)

Əvvəla onu deyə bilərəm ki, bu çox absurd bir yanaşmadır. Bu yanaşma hətta tənqidə belə dözmür.
Bu sözləri Yeniavaz.com-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov Rumıniya Ticarət-Sənaye Palatasının üzvü Afanasi Tyudorun Qarabağ münaqişəsi ilə bağlı səsləndirdiyi qalmaqallı fikirlərinə münasibət bildirərkən deyib.
Xatırladaq ki, A.Tyudor Milli Məclisdə keçirilən “Azərbaycan Avropa məkanında” adlı konfransda Qarabağ problemini “qarışıq məsələ” adlandırıb. O deyib ki, Azərbaycan Qarabağı azad edərsə, işğalçı dövlət olacaq: “Siz deyirsiniz ki, Qarabağ sizindir. Amma o ərazilər hazırda Ermənistanın nəzarətindədir. Əgər siz Qarabağı işğaldan azad etsəniz, onda işğalçı kimi tanınacaqsınız, işğalçı kimi qəbul ediləcəksiniz...”
Категория: XƏBƏRLƏR | Просмотров: 124 | Добавил: tmmrtalish | Дата: 29.05.2019 | Комментарии (0)

ŞOK: İcra başçısı istirahət üçün bir milyon pul xərclədi


Lənkəran şəhərinin icra hakimiyyətinin başçısı Taleh Qaraşov haqda sensasion xəbər yayılıb.
 Yayılan məlumatlara görə, Taleh Qaraşov 11 nəfər ailə üzvü ilə birgə (övladları və nəvələri) Çexiyaya səfər edib. AZAL şirkətinin Bakı-Praqa reysi ilə bu ölkəyə səfərində məqsən icra başçısının yaxınları ilə birgə istirahət etməsi olub.

Категория: XƏBƏRLƏR | Просмотров: 111 | Добавил: tmmrtalish | Дата: 29.05.2019 | Комментарии (0)

Avropa Məhkəməsi Azərbaycanın Avropa Şurası qarşısında öhdəliyini pozduğu barədə qərar qəbul edib

İlqar Məmmədov REAL partiyasının ofisində. Foto: realpartiya.org

Avropa İnsan Haqları Məhkəməsinin Böyük Palatası Azərbaycanın Avropa Şurasındakı üzvlük öhdəliyini pozduğu barədə qərar qəbul edib. REAL Partiyasının sədri İlqar Məmmədovun yaydığı məlumata görə, qurum bu barədə qərarı bir neçə dəqiqə öncə dərc edib və qərar dərhal qüvvəyə minib.

Категория: XƏBƏRLƏR | Просмотров: 246 | Добавил: tmmrtalish | Дата: 29.05.2019 | Комментарии (0)