28.06.2019

1.5 milyon dollar dəyərində “Richard Mille 50-03 MCLaren F1” markalı saatın sahibi rəsmi subutnan tapıldı

1.5 milyon dollar dəyərində “Richard Mille 50-03 MCLaren F1” markalı saatın sahibi rəsmi subutnan tapıldı 



İspaniyanın İbiza kurort adasında 22 yaşlı Azərbaycan vətəndaşının 1.5 milyon dollar dəyərində “Richard Mille 50-03 MCLaren F1” markalı saatının oğurlanması əhvalatı yerli  mətbuatda əsas müzakirə mövzusudur. 

343 0 TMH XABAR
28.06.2019

Gəncə məhbusu: "Polis kapitanı şalvarının qabağını açıb, dedi ki, səni..."

Gəncə məhbusu: "Polis kapitanı şalvarının qabağını açıb, dedi ki, səni..."


Bakıya gedərkən Nəvai postunda mülkü formada,tanımadığım şəxslər məni saxlayıb, öz maşınlarına mindirib Gəncənyə “MTN”-ə (DTX-nin Gəncə idarəsi) gətirdilər. 4-5 saat orda qaldım, sonra məni Nizami Rayon Polis İdarəsinə təhvil verdilər.
Nizami Rayon Polis İdarəsində məni rəisin otağına qaldırdılar. Rəisin otağında mənə videogörüntü göstərdilər. Soruşdular ki, videogörüntüdəki sənsən? Dedim bəli, mənəm. O, polis məni vurdu, mən də özümü müdafiə etdim, onu itələdim.
Məni başqa otağa apardılar. 3 nəfər mülki geyimli adam vardı otaqda. Başladılar məni döyməyə Məni vura-vura yerə yıxdılar. Yerdə başladılar məni təpikləməyə. Əlimi arxadan qandallamışdılar, tərpənə bilmirdim. 3 nəfər dayanmadan mənim başıma, belimə, böyrəklərimə təpiklə vururdu.
Sonra otağa başqa adamlar da gəlirdi, girən soruşurdu bu kimdi, deyirdilər ki, “Samiri vurub yıxan budu”. Otağa kim girirdi, məni vururdu, döyürdü.

28.06.2019

AXCP sədri Əli Kərimli polis tərəfindən saxlanılıb

AXCP sədri Əli Kərimli polis tərəfindən saxlanılıb





Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədri Əli Kərimli polis tərəfindən saxlanılıb. 

Bu barədə partiyanın Gənclər Komitəsinin rəhbəri və Rəyasət Heyətinin üzvü Emil Səlimov məlumat yayıb.

Onun sözlərinə görə, Əli Kərimlini Müsavat Partiyasının qarşısında saxlayıb polis idarəsinə aparıblar.