06.12.2019

Hirkan Milli Parkında fototələlər daha iki bəbiri lentə alıb

40 350 hektarlıq ərazini əhatə edən Hirkan Milli Parkında bəbirlərə əvvəllər çox az rast gəlinirdi. Lakin son illər gətirilən yeni avadanlıqlar bu çətinlikləri artıq tamamilə aradan qaldırıb. Keçid yollar üzərində ağaclara bərkidilmiş fototələnin köməyi ilə meşəlik ərazidə bəbirlərə, eyni zamanda digər heyvanlara da rast gəlinir. Milli Parkın sahə müfəttişi Sahil Mikayılov isə deyir ki, fototələlərin quraşdırılması bir qədər riskli və çətin olsa da, əldə olunan nəticələr ürək açandır:”
272 0 Taliys
06.12.2019

Vinq-çun üzrə dünya çempionatında uğurla çıxış edən milli komandamızın üzvləri Vətənə qayıdıblar

Yarışda ölkəmizi altı idmançının təmsil etdiyini deyən Azərbaycan Vinq-çun Döyüş Sənəti Federasiyasının prezidenti Asif Sayadov bildirib ki, komandamızın üzvləri çempionatda uğurla çıxış edərək altı medal qazanıblar. Medallardan üçü qızıldır. Dünya çempionatında Azərbaycanın dövlət himni üç dəfə səsləndirildi. Milli komandamızın çempionatda ilk dəfə çıxış etməsinə baxmayaraq, belə nəticə göstərməsi böyük uğurdur. Qırx dörd ölkənin mübarizə apardığı mundialda Azərbaycan milli komandası medal sayına görə beşinci pilləyə yüksəlib. İnanırıq ki, növbəti illərdə daha yaxşı nəticə əldə edəcəyik.
251 0 İDMAN