16.01.2020

Yadigar Sadıqlı seçki platformasını talış dilinə tərcümə etdirib

73 saylı Lənkəran seçki dairəsindən namizədliyini irəli sürmüş müsavatçı Yadigar Sadıqlı fərqli seçki kampaniyası apardığını açıqlayıb.
 
Bu barədə Yadigar Sadıqlı sosial şəbəkədə yazıb.
 
O, özünün seçki kampaniyasında seçicilərinə təqdim etmək üçün hazırladığı platformasını buklet halına salıb və həmin bukletin içində ayrıca bir vərəqdə Azərbaycan dilində yazılmış mətni talış dilinə də tərcümə etdirib.
76 0 SIYASƏT
16.01.2020

OSAKÜCƏ TOPONİMİ

Osakücə Lənkəran rayonunda kənd adıdır. Kənd Lənkəran şəhərindən 17 km qərbdə, Talış dağlarının ətəyində, Veravulçayın sahilində yerləşir. Yaşayış məntəqəsinin adı gah Osakücə, gah da Osaküçə kimi qeyd olunur. Buradan haqlı olaraq belə bir sual doğur, Osakücə, yoxsa Osaküçə?

    “Azərbaycan toponimlərinin ensiklopedik lüğəti” kitabından oxuyuruq: “Osaküçə. Lənkəran rayonunun Vilvan kənd inzibati ərazi vahidində kənd. Oykonim Osyokucə adının təhrifə uğramış variantı hesab olunur. Kəndin adı talış dilindəki osyo (dəyirman) və kücə (məhəllə, kənd) komponentlərindən düzəlib, “dəyirman məhəllə, kənd” mənasındadır (II cild. B., 2007, səh. 146).

16.01.2020

TMMR-ın İHMK : Hakimiyyət öz məsuliyyətini niyə Fəxrəddin Abbasovun üstünə atır ?

Dəyərli oxucular mə'lumunuz olsun ki, yanvar ayının 9 da, Fəxrəddin Abbasovun məhkəməsi olmuşdur. 
Hakim F. Abbasovu, Ermənistanda Iranşünaslıq kafedrasının nəzdində , Talış dili bölməsinin yaradılmasında ittiham edib. 
Maraqlısı budur ki, hakim, nədən siz , bu kafedranın Azərbaycanda yaradılması ilə bağlı, dövlət başçısına müraciət etməmisiniz!?
Belə gülünc suallarla, hakim , dövlətin cinayətini F. Abbasovun üzərinə yıxmağa çalışmaqla ,Talış xalqının konstitusion hüquqlarının pozulmasına bir daha  sübut etdi. 
 Nəzərinizə çatdırmaq istəyirik ki, Azərbaycanda yaşayan hər bir xalqın hüquqları, konstitusiyaya  üyğün olaraq,  dövlət tərəfindən qorunmalıdır. Əgər bu qanunlara  dövlət tərəfindən əməl olunmursa, məsuliyyətində  dövlət daşımalıdır. Dövlətin yol verdiyi   cinayətə görə F. Abbasov məsuliyyət daşımır. 
Календарь
«  Январь 2020  »
ПнВтСрЧтПтСбВс
  12345
6789101112
13141516171819
20212223242526
2728293031
Наш опрос
Оцените мой сайт
1. Отлично
2. Хорошо
3. Плохо
4. Ужасно
5. Неплохо
Всего ответов: 10
Статистика

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0