22.03.2020

Talış bölgəsi, yoxsa... !?

"Talış bölgəsi" söz birləşməsi işlədilən kimi etnik millətçilərin,   sektant fanatların yadına İran İslam Respublikası, Talış-Muğan Muxtar Respublikası, bir sözlə dini və etnik separatizm düşür. Bu mövzudan irəli gələn hədəni kompensasiya eləmək üçün gərək hökmən kontekstdən asılı olaraq "Cənub bölgəsi", "Lənkəran-Astara bölgəsi" kimi söz birləşmələrindən istifadə edək. Halbuki bölgəmiz Azərbaycan Respublikasının cənubunda yox, cənub-şərqində yerləşir. Azərbaycan Respublikasının cənubunu tam olaraq götürsək onda Qarabağ ətrafı - hazırda işğalda olan hissə də bu əraziyə daxil olmalıdır. Hətta bəzən "Azərbaycanın cənubu" dedikdə bu ərazi İranın şimalındakı Azərbaycan vilayəti ilə səhv də salınır. "Lənkəran-Astara bölgəsi" anlayışı isə daha uğursuz variantdır. Çünki bölgənin əksər rayonları bu iki qonşu inzibati rayondan kənarda yerləşir. 
34 0 TALIŞH
22.03.2020

ATİŞ-nın Mübariz Mənsimovun həbsi ilə bağlı      Bəyanatı

 Azərbaycan Talışların İctimai Şurası (ATİŞ) Türkiyə məhkəməsinin "fetoçu" və digər saxta, qurama və qərəzli ittihamlarla Azərbaycan əsilli istedadlı və xeyriyyəçi iş adamı, mesenat Mübariz Mənsimovu həbsxana divarlarına məhkum etməsini şiddətlə qınayır. 
Mübariz Mənsimovun hər hansı cinayət əməli törətməsi ağlabatan deyil. Ona qarşı sürülən ittihamlar iqtisadi deyil, siyasi xarakterlidir. İş adamının siyasi xarakterli ittihamlarla həbs etmək bu həbsin kökündə siyasi motivlərin durmasını göstərir. 
46 0 TALIŞH
22.03.2020

AZAL Moskva və İstanbuldan Lənkərana çarter reysləri həyata keçirdi

Məlumata görə, Azərbaycan vətəndaşlarının ölkəmizə qaytarılması üçün bu gün Lənkəran beynəlxalq hava limanına iki çarter reysi yerinə yetirilib. Belə ki, Rusiyanın paytaxtı Moskvadan Lənkərana 48 nəfər, Türkiyənin İstanbul şəhərindən isə Lənkərana 248 nəfər Azərbaycan vətəndaşı gətirilib.

Martın 15-dən Azərbaycana hava nəqliyyatı vasitəsilə dünyanın müxtəlif ölkələrindən ümumilikdə 9 000-dən çox sərnişin gətirilib.

43 0 SIYASƏT
Календарь
«  Март 2020  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Наш опрос
Оцените мой сайт
1. Отлично
2. Хорошо
3. Плохо
4. Ужасно
5. Неплохо
Всего ответов: 10
Статистика

Онлайн всего: 3
Гостей: 3
Пользователей: 0