03.06.2020

" Mən belə azadlıq istəməmişdim "

Azərbaycan postsovet ölkələri arasında, əhalinin və təbbi sərvətlərin müqayisəsinə görə, Rusiyadan sonra ən varlı ikinci bir ölkədir. Buna baxmayaraq Azərbaycan hakimiyyəti nə müstəqilliyin əvvəl illərində nə də indi öz vətəndaşlarına sahib çıxmır. O vaxt, Rusiyada yaşayanları yaxşı yadında olar, Rusiyada azərbaycanlıları paçka- paçka öldürürdülər, olmaz istehzalara düçar edirdilər, ancaq nə Azərbaycan hakimiyyətindən
03.06.2020

Millət vəkili Millətin vəkili olmalıdır! Olmadılar!

Seçki qabağı vədlər verməklə, nənələri öpməklə xalqın qarşısında öz vəzifəsini yetiririlmiş bu zümrə artıq çoxdan xalqın yanında deyil, xalqın çiyinlərin oturaraq "hakimiyyətin bir qoluna" çevrilib! (Hərçənd bu ayrı söhbətin mövzusudur, bu  söhbətə sonra qayıdarıq.)
Azərbaycan cəmiyyətində artıq "vəkillik institutu" deyilən bir zümrə yetişmişdir! Bu zümrə isə xalqın çiyinlərində deyil, ciblərindədir! Bu zümrə xalqın bədbəxtliyi üzərində öz dolanışığını, ailəsinin yaşayışını quran bir insan yığınına çevrilmişlər! Bu dolanışıq və yaşayış qurmaq həvəsi onları hakimlərlə müştəri arasında dəllal səviyyəsinə endirmişdir!