16.02.2021

Zaqatala-Balakən Avar gənclərindən açıq müraciət

 Biz avar milləti olaraq 2-ci Qarabağ müharibəsində sizinlə birlikdə Prezidentimizin şüarı ətrafında dəmir yumruq kimi birləşərək tarixdən silinməyəcək qələbə qazandıq. Bu qələbə dünyaya bir daha sübüt etdi ki, Azərbaycanda yaşayan hər bir kəs milliyətindən, dinindən və irqindən asılı olmayaraq bir amal uğrunda, dövlətin bütövlüyü naminə birləşərək əsl tolerantlıq və sülh nümunəsidir. Vətən uğrunda canından keçmiş şəhidlərimizlə, qazilərimizlə bütövlükdə Azərbaycanın bütövlüyü uğrunda döyüşmüş millətimizin hər bir əsgər və zabitlərimizlə qürür duyuruq.
142 0 Sİyasət