22.09.2021

Talış Beynəlxalq İnsan Hüquqları Təşkikilatının, Talış Muğan Muxtar Respublikasının mühacir Hökümətinin İnsan haqları komisiyasının  Dünyanı

   M Ü R Ə C İ Ə T İ:
Hörmətli xanımlar və cənablar, Azərbaycan Respublikasının milliyətcə talış vətəndaşlarının yaratdığı və rəsmi qeydiyatdan səbəbsiz imtina edilən, Azərbaycan Talışlarının İctimai Şurası (ATİŞ), ölkədə yaşayan azsaylı xalqların, o cümlədən Talış xalqının hüquqlarının pozulmasına dair Avropa Şurasına, AR-nın da qöşulduğu “Milli azlıqların hüquqlqrının müdafiə çərçivə Konvensiyasının” müddəalarının növbəti 5 il üçün icrasına dair göndərdiyi alternativ hesabatın mətbuatda dərcindən sonra, bütövlükdə Azərbaycannın "titul" xalqı hesab edilən cəmiyyətində, eləcədə ölkə siyasi həyatının demokratik adlanan camiyəsində, anti-bəşəri, anti-insani bir qalmaqallı şüvən harayına, milli azlıqların yaşama haqqının faşist polimikasına səbəb oldu.
22.09.2021

Arif Ağayev :Guya ki, saqqal tərpədib bu da söz dedi

Bunun nə talışlardan, nə də onun problemindən deyəsən heç xəbəri yoxdur, ya da camaatı ələ salır. Talışların rahat yaşamasının bu problemə nə aidiyyəti ? Son 25 ildə Lənkəran universiteti və ya onun kolleci neçə nəfər talış dili üzrə pedaqoq-mütəxəssis hazırlayıb? Əlbəttə ki, heç bir nəfər də yox. Amma hər il Azərbaycanda minlərlə əcnəbi dillər üzrə pedaqoji kadrlar hazırlanır. Bəs belə olan halda hansı talış dilinin tədrisindən danışmaq olar? Statistik məlumata görə guya 200-dən yuxarı məktəbdə talış dili tədris olunur.
22.09.2021

Yadigar Sadıqlı Talış xalqının hüquqları necə görür

Azərbaycanda yaşayan qeyri-türk xalqların hüquqlarından danışanda ilk əks arqument ondan ibarət olur ki, Azərbaycanda etnik ayrı-seçkilik yoxdur. 16 ildir Lənkəran adından parlamentdə oturan saxta deputat Rüfət Quliyev də bugün eyni sözləri deyib.
Kimsə Azərbaycanda etnik zəmində ayrı-seçkilik olmasını demir. Allaha şükür, kimsəni məktəbdə ayrı oturtmurlar, universitetə qəbul zamanı bal topladığı halda kənarda saxlamırlar. Həyatda yerliçilik, qohumbazlıq kimi nepotizm halları ilə üzləşə bilərik, amma bu, başqa mövzudur, etnik çalara malik deyil. Bu yaxınlarda bir talışı ABŞ-a səfir kimi önəmli vəzifəyə təyin etdilər. Başqa çoxlu nümunələr də göstərmək olar.