/ Новости сайта / TARİX / 23 .01.2020 ci il , Fəxrəddin Abbasovun məhkəməsində izahat verən şəxsnən  müsahibə
18.02.2020

23 .01.2020 ci il , Fəxrəddin Abbasovun məhkəməsində izahat verən şəxsnən  müsahibə

156 0 TARİX
23 .01.2020 ci il , Fəxrəddin Abbasovun məhkəməsində izahat verən şəxsnən  müsahibə .


Foto ; Rizvan Shixizade .


Sizin Fəxrəddin Abbasovla nə kimi əlaqəniz olub keçmişdə ?

 

Rizvan  ;  Mən Fəxrəddin Abbaszadəni əvvəl qiyabi, 2013-cü ildən sonra yaxından tanımışam. Həmişə bir alim kimi hörmətini saxlamışam. Onun yazdığı lüğət kitabından Talış dilini mükəmməl öyrənmişəm.


Fəxrəddin Abbasov həbs olunanda sizin izahatda tam olaraq nələr yazmışdınız ?

Rizvan ;  Bu izahatı sizdən hansı dövlət orqanı  harada və necə götürüb  ( daha geniş formada məlumat verərdiniz ) .
Məndən izahatı DTX-i baş idarədə götürüb. Mən izahatda Fəxrəddin müəllimlə tanışlığımı, yaxşı münasibətlərimizin olduğunu, sadəcə Yerevanda açılan tv-dən sonra münasibətimin olmadığını qeyd etmişəm. Bu qədər. Bizim Fəxrəddin müəllimlə görüşlərimizdə söhbət əsasən Talış ədəbiyyatından , mədəniyyətindən getdiyini qeyd etmişəm.


Sizdən başqa kimlər məhkəmədə iştirak  edib ?.

Rizvan ;  Yanvarın 23-də baş tutan məhkəmədə iştirak etdim, qapalı məhkəmədə iki vəkil, bir prokuror, 3 hakim və bir köməkçi hakim iştirak edirdi. 

Siz 23 yanvar 2020 ci ildə Fəxrəddin Abbasovun məhkəməsində iştirak etdiniz , orda nə baş verdi ? 

Rizvan ;  Mən izahatımın yenidən oxunulmasını xaiş etdim və hakim oxuduqda, iki cümlə ilə razılaşmadığımı , bu fikirlərin mənə məxsus olmadığımı qeyd etdim. Mən izahat verəndə izahat kompüterə  yazılırdı, mən sadəcə bir kağıza qol çəkmişdim. O dediyim iki cümlənin müstəntiqin fikri olduğunu, mənim bu cümlələrdən xəbərsiz olduğumu dedim. 

Hansı cumlələr idi ?

Rizvan ;  Mən demişdim Yerevandakı tv-dən sonra müəllimlə əlaqəmi kəsmişəm. Orada yazılmışdı ki Yerevandakı tv-dən sonra, Fəxrəddin Abbaszadənin dövlətçilik əleyhinə fikirlərindən , milli ədavəti qızışdırdığından sonra onunla əlaqəmi kəsmişəm. 
Mən o tv-yə baxmadığımdan müəllimin fikirləri ilə tanış deyiləm, ona görə bu barədə heç bir məlumata malik deyiləm.
İkinci qəbul etmədiyim fikir isə Fəxrəddin Abbaszadənin Ermənilərdən maliyyə yardımı alması idi.  Mən 5 ildən çoxdur əlaqə saxlamadığım adamın pul almasını necə bilə bilərəm? Bu iki cümlədən savayı bütün fikirlərin mənə məxsus olmasını təsdiq etdim. Hakim və vəkillər qeyd etdilər. Və sonra məhkəmədən çıxıb yaşadığım Sankt-Peterburq şəhərinə qayıtdım.


 Müsahibə whatsapp vasitəsi ilə götürülüb , yaxarda deyilən bütün sözlər Rizvan Şıxızadəyə məxsusdur .
Götürən şəxs Ruslan Almaszada .
Поделитесь в социальных сетях

Комментарии 0

Подписка: 1 Код *:

Календарь
«  Январь 2020  »
ПнВтСрЧтПтСбВс
  12345
6789101112
13141516171819
20212223242526
2728293031
Наш опрос
Оцените мой сайт
1. Отлично
2. Хорошо
3. Плохо
4. Ужасно
5. Неплохо
Всего ответов: 10
Статистика

Онлайн всего: 2
Гостей: 2
Пользователей: 0