/ Новости сайта / TMH XABAR / 'Bir aydır ki, qardaşımdan xəbərimiz yoxdur'
12.07.2020

'Bir aydır ki, qardaşımdan xəbərimiz yoxdur'

107 0 TMH XABAR

'Bir aydır ki, qardaşımdan xəbərimiz yoxdur'


F.Abbasov

Dövlətə xəyanətdə suçlanaraq 16 il həbsə məhkum edilmiş Fəxrəddin Abbasovun ailə üzvləri təxminən bir aydır ki, ondan heç bir xəbər ala bilmədiklərini deyir. Bu barədə AzadlıqRadiosuna danışan qardaşı Araz Abbasovun sözlərinə görə, onun ailəsi ilə telefon danışıqlarına da məhdudiyyət qoyulub: "Çox nigaranıq. Heç bir xəbər yoxdur ondan. Nə qədər cəhd eləsək də, bir xəbər ala bilmirik. Bircə kəlmə səsini eşidib bilərdik ki, salamatdır. Başqa heç nə istəmirik".

Qardaşının sözlərinə görə, F.Abbasovla sonuncu dəfə mart ayında danışıblar.

Uzun müddət Rusiyada yaşamış F.Abbasov 2019-cu ilin fevralında orada tutularaq Bakıya gətirilib. Hava limanından birbaşa Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) binasına aparılan F.Abbasov təxminən bir il orada saxlanılıb. Bu ilin fevralında Bakı Ağır Cinayətlər Məhkəməsi onun haqqında hökm çıxarıb və bundan bir müddət sonra o, Kürdəxanıya - Bakı İstintaq Təcridxanasına köçürülüb.

A.Abbasov deyir ki, qardaşı haqda məlumat almaq üçün Kürdəxanıya da gedib: "Siqaret və hesabına qoymaq üçün pul aparmışdım. Qapıdakı işçilər məsul şəxslərdən birinə zəng elədi, danışdım. Dedilər ki, buradadır, narahat olmayın, evə zəng eləyəcək. Eləmədi. Üstündən bir aya yaxın vaxt keçib, xəbər yoxdur".

'Telefon danışığı hüququ qüvvəsindədir'

Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov AzadlıqRadiosuna bildirib ki, həbs yerlərində saxlanılan şəxslər qanunun verdiyi hüquqlarından istifadə edə bilirlər: "Koronavirusa qarşı mübarizə tədbirləri çərçivəsində görüş və sovqat qəbuluna qadağa var. Amma telefon danışığı hüququ qüvvəsindədir. Kimliyindən asılı olmayaraq, Penitensiar Xidmətin tabeliyindəki müəssisələrdə saxlanılan şəxslərin qanunvericilikdə nəzərdə tutulan hüquqları təmin edilir".

Ermənistanın xüsusi xidmət orqanlarıyla əməkdaşlıqda suçlanan F.Abbasov özünü təqsirli bilmir. O, ifadəsində Ermənistanda konfransda iştirakını təsdiqləsə də, bu ölkənin xüsusi xidmət orqanlarıyla əməkdaşlıq etmədiyini deyib. O, ermənilərlə işbirliyində olan başqa şəxslər arasında vasitəçilik etməsi haqda ittihamı da qəbul etməyib.

2002-2005-ci illərdə Sankt-Peterburqda "Toliş" qəzetinin baş redaktoru olduğunu deyən F.Abbasovun sözlərinə görə, qəzetdə talışların tarixi, mədəniyyəti, folkloru, dili, adətləri, mətbəxi haqda məqalələr çap edib.

F.Abbasov haqqında hökmdən apellyasiya şikayəti verilib. ( 

Поделитесь в социальных сетях

Комментарии 0

Подписка: 1 Код *:

Категории раздела
TMH XABAR [248]
TMMR XABARLAR [80]
MADANİYYAT [15]
TALIŞH [227]
SIYASƏT [105]
SOSİAL ŞƏBƏKƏ XABARLARİ [12]
SİYASAT
ELİM VƏ İNKŞAF [13]
TARİX [23]
İDMAN [3]
TARİXİ ÇİXŞLAR [4]
SOSİAL PRABLEMLƏR [11]
TOLIŞİ POEZİYA . [25]
XƏBƏRLƏR [524]
События в мире [1]
Россия [3]
Политика [6]
Бизнес [1]
Технологии [0]
Наука [0]
Здоровье [1]
Спорт [0]
Образование [0]
Site information [1]
Dear, valuable and dear to our readers and regular followers of our site. Our site provides you with all kinds of news - economic, cultural, scientific, religious information and materials, as well as poems, stories and other valuable materials.   We consider informing as our main goal for you. Also, one of our main goals is the timely, accurate and honest reporting of traditions and customs, moral and social problems of other indigenous peoples of the country, as well as communicating the problems of the Talyshs to the world community as a whole! In particular, we thank and ask you for providing us with valuable information and materials, using every opportunity to achieve our goals, we thank those who helped us by conducting quick, timely and in-depth studies!   Site managers , Ruslan Almaszada . Deputy Head and Technical Manager Ilham Babazade. Tel.0031686031475
Календарь
«  Апрель 2020  »
ВсПнВтСрЧтПтСб
   1234
567891011
12131415161718
19202122232425
2627282930
Наш опрос
Оцените мой сайт
1. Отлично
2. Хорошо
3. Плохо
4. Ужасно
5. Неплохо
Total of answers: 10
Статистика

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0