/ Новости сайта / TMH XABAR / Ağır gündə tanınan hökümət.
04.06.2020

Ağır gündə tanınan hökümət.

119 0 TMH XABAR
 Ağır gündə tanınan hökümət. 


29 ilə yaxındır, Azərbaycan Respublikası müstəqilliyini elan edib və hər bir vətəndaşa aşılanıb ki, ölkə müstəqil, unitar dövlətin bütün atributları mövcuddur. Amma, böyük təəssüflə, hamımız bilirik və çox vaxt da, özümüzü görməməzliyə vururuq ki, dövlətçiliyin yerində feodal tayfaçılığın eybəcər bir analoqu olmayan, talan, dəstə səlahiyyətləri ilə, xalq sərvətlərini talama, dağıtma sistemi qurulub, adı da,- heydərizmdir!
Bütövlükdə müstəqilliksə,  tayfa-region mənsubları üçün, biləvasitə xalqdan, hesabatsız, məmur oliqarxiyasının azad varlanma şəraitinin qurulması hesab edilir.
Bizlər, bir qrup gənc, vətəndə fəaliyyətimizlə əlaqədar yaranan və yarana biləcək təzyiq-təhdidlərdən yan keçməklə, dünyanın, az qala bütün güşələrinə səpələnməyimizə baxmayaraq, elmi-texniki tərəqqinin mövcud imkanlarından istifadə ilə, Talış ağsaqqallarının xeyir-duası və varlığını de-yure də hazırda qoruyub saxlayan, Talış Muğan Muxtar Respublikasının prezidenti  Ələkrəm Hümmətovun birbaşa başçılığı və sərəncamları  ilə, 15 iyul 2018-ci il tarixindən vətəndən uzaqda da olsa, Respublikanın Mühacir höküməti qurulmuşdur! Yarandığı gündən TMMR-nın Mühacir höküməti, mahalımızda, eləcədə bütövlükdə Ölkədə, Azərbaycan Respublikasında,  həyatın bütün sahələrində baş verənləri ciddi diqqətdə saxlayaraq, vacib məsələlərə münasibət bildirməklə, icra-çıxış yollarını da mətbuat, sosial şəbəkələr vasitəsi ilə, ən azı ictimaiyyətə çatdırmışdır.
2 il ərzində Mühacir hökuməti, ölkə ərazisində və ondan kənarda haqq-hüquqları pozulan hər bir vətəndaşın yanında olmaqla, insanların dərdlərinin yüngülləşdirilməsində, hər cür hüquqi yardımlar edilməsində ön cərgədə olmuşdur. Milli və ictimai, sosial statusundan asılı olmayaraq, hər bir insanın, bütün ölkə miqiyasında dərdlərinin çarəsinin tapılmasında  az-çox, imkan və gücü çatdığı qədər hərtərəfli yardımlar etmiş və davam etməkdədir… bütün bu əməllərlə, Azərbaycan cəmiyyətinə, Dövlətin necə olması və onun insani idarəçiliyinin qurulması nümunəsini yaratmağa, uğurlu cəhdlər etmişdir!
 Hazırkı rəsmi Azərbaycan höküməti, bütövlükdə ölkənin zəngin təbii və iqtisadi resurslarını kütləvi formada dağıdıb-talan etmək prossesini tam başa çatdırmaqdadır və bütövlükdə ölkənin süvürenliyinin bərpasında aciz və qabiliyyətsiz durumu ilə, Ölkəni tam iflasa sürüklənməsini davam etdirir!
 Hesab edirəm, hazırkı TMMR-nın Mühacir höküməti, nəinki öz mahalımızın, bütövlükdə Ölkənin, hərtərəfli yenidən qurulmasını təmin etməklə, yeni, müasir bir insani Dövlətin qurulmasına təminat verə bilərdi!....

Dərin Hörmətlə

Talış Muğan Muxtar Respublikasının, Mühacir hökümətinin
İdman, Gənclər və Turizm naziri

             Ilham Babazade
Поделитесь в социальных сетях

Комментарии 0

Подписка: 1 Код *: