search
menu
person

NEWS AND UDATES


23:10
Akademik Ziya Bünyadovu anım günüdür.

Bu gün Azərbaycanın görkəmli şərqşünas və tarixçisi, Sovet İttifaqı Qəhrəmanı, elm və ictimai-siyasi xadimi, Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik Ziya Bünyadovu anım günüdür. Müharibənin od-alovundan keçən Z.Bünyadov 1997-ci ilin məhz bu günündə – fevralın 21-də öz doğma vətənində evinin önündə qətlə yetirildi. Sonralar Azərbaycanın görkəmli şərqşünas alimi olacaq Ziya 1923-cü ildə Astarada hərbçi ailəsində dünyaya gəlmişdi.

Onun atası Musa Bünyadov Oktyabr çevrilişindən xeyli əvvəl ataman Lyaxovun rəhbərlik etdiyi kazak diviziyasında hərbi tərcüməçi olmuşdu.

Musa Bünyadov Bibiheybətin nüfuzlu üləmalarının nəslindəndi və bir neçə xarici dil bilirdi. Buna görə Ziya uşaqlıqdan ərəb dilində danışa bilir, Quran oxuyurdu. Ziya Bünyadovun anası Raisa Maksimovna Qusakova Lənkəranda yaşayan ruslardan idi və Azərbaycan dilində sərbəst danışırdı.Allah rəhmət eləsin!


Category: XƏBƏRLƏR | Views: 82 | Added by: tmmrtalish | Rating: 0.0/0
Total comments: 0
avatar