/ Новости сайта / SIYASƏT / alış Milli Hərəkatının, Talış Muğan Muxtar Respublikasının İnsan haqlarının Müdafiə komisiyasının birgə  M Ü R A C İ Ə T İ:
31.03.2020

alış Milli Hərəkatının, Talış Muğan Muxtar Respublikasının İnsan haqlarının Müdafiə komisiyasının birgə  M Ü R A C İ Ə T İ:

91 0 SIYASƏT
    Mütərəqqi dünyanın siyasi və işgüzar ictimaiyyətinə,
    Talış Milli Hərəkatının, Talış Muğan Muxtar Respublikasının İnsan haqlarının Müdafiə komisiyasının birgə
                         
                                                               M Ü R A C İ Ə T İ:


Hörmətli ağalar və xanımlar!
Dünyada qütübləşmə, - mütərəqqilik, xalqına, insanlığa xidmətə özünü fəda edən dövlət xadimlərinin və həm də, mürtəce, ambisiyoz, hakimiyyət hərisliyinə hər nəyi qurban verənlərin yaxınlaşması, birləşməsi, əlaqəli formada fəaliyyət prossesi ciddi hiss olunmaqdadır. 
Təəssüf doğuran hall odur ki, mürtəce düşüncəli, avtoritar-diktatorlar öz rəhbəri olduğu ölkələrinin vətəndaşlarına qarşı qəddar, qisasçılıq zəminində, nəinki ölkədaxilində, eləcə də digər ölkələrə məcburi  sığınmalarını nəzərə almadan, onların düşüncə və fikirlərinə görə, qarşılıqlı xahiş və tapşırıqlarla bir-birlərinə hədiyyə-qurbanlıq edirlər!
 İnsanlığa, azad fikrə, azad imkanlarla iqtisadi tərəqqiyə düşmən kəsilən bir-çox ölkələr, o cümlədən Rusiya, Türkiyə və Azərbaycanın avtoritar rejimləri, xalq sərvətlərini tam özünküləşdirməklə, bir-birlərinə çoxmiqdarlı hədiyyələrlə yanaşı həm də, özlərinin fərdi fikir, əməl rəqibi saydıqları insanların taleyini sındırmaqla, hədiyyə edirlər!
Bu dövlətlərdə, idarəçiliyin “bolşevizim” təfəkkürü ilə qurulması az qala, adı həyat normasına çevrilmişdir. Belə ki, vaxt-bivaxt müxtəlif ad və şüarlarla öz siyasi, ictimai rəqiblərini sıradan çıxarır, məhv edir, belə məsələlərdə qarşılıqlı yardımçı olurlar! Hazırda Turkiyədə “feto terror qruplaşması”, Azərbaycanda Talış “separatçılığı” adı ilə fərqli düşüncə sahiblərinin təqib və təcridetmə prossesi geniş vüsat alıb, prezident-dostlar, şəxsi müraciətlər əsasında, insanları həbs edir, oğurlayıb öz ölkələrinə gətirir, qanunlara sayğısızlığı nümayişkarənə əməli təsdiq edirlər…
 Müasir dövrdə öz ağıl, zəhmət və bacarığı ilə böyük iqtisadi nailiyyətlərə nail olan, “Palmalı” şirkətlər qrupunun təhsisçi və sahiblərindən biri, özü dansa da, Talış əsilli - Mənsimov Mübariz Qurbənəli oğlunun Türkiyədə qondarma, şüarçı, təxribat yönümlü “fetoçu terror qrupunun” üzvi, yardımçısı və digər axmaq ittihamlarla saxlanması da, yuxarıda söylədiyimiz əsaslarla həyata keçirilir!
 Hesab edirik, onun həbsi, fərqli düşüncə və çıxışlarına görə, Azərbaycan diktator ailəsinin, Əlyevlərin, birbaşa Türkiyə diktatoru olmaqda israrlı olan, R.T. Ərdoğana olan sifarişlərinə uyğun həyata keçirilir. Və həm də, Ərdoğanlar ailəsinin M.Mənsimovun ağır zəhmət hesabına yaratdığı böyük sərvətə tamahı da, az rol oynamır. 
Əgər, Mübariz Məsimovun həqiqətən “feto” deyilən şəbəkə ilə əlaqəsi var idisə, çoxdan bu aşkar olunmalıydı. Biz, belə qənaətə gəlirik ki, Mübariz Mənsimovun həbsi bilavasitə və bütövlükdə, həm siyasi, həm də, yaratdığı sərvətin yağmalanması motivləriylə müşaiyyiət olunacaq.
Talış Milli hərəkatı və Talış  Muğan Muxtar Respublikasının Mühacir hökümətinin İnsan haqqları komissiyası, Türkiyə Cümhuriyyətində hazırda məhkəmə-ədliyyə sisteminin ədalətdən daha çox, avtoritar sifarişlərə xidmətini nəzərə alaraq, ciddi narahatçılığını bildirir və bu həbsin qəti pislənməsini, hamınızdan rica, həm də tələb edirik! 

  Talış Milli Hərəkatının sədri,
       Ə.Ə.Hümmətov.

 TMMR-nın İnsan haqları komisiyasının sədri,
        R.Mirzəyev.


tolishstan.com
Поделитесь в социальных сетях

Комментарии 0

Подписка: 1 Код *: