19:23
"ANALOQU" olmayan ölkə - Azərbaycan!
"ANALOQU" olmayan ölkə - Azərbaycan!

Ələkrəm Hummətov

Ölkədə baş verən iqtisadi-sosial problemlərə vaxt ayırmaq fikrində deyiləm! Onsuzda bu ölkəni bir ailə özünün şəxsi əmlakı elan etmiş və onun sərvətlərini hərisliklə çapıb talayır!
İstərdim bu ailənin insanlara olan münasibətindən yazım, hərçənd elə iqtisadi-sosial problemlər də ölkə vətəndaşlarına olan münasibətin bariz göstəricisidir!
Son vaxtlar istər ölkə xaricində, istərsə də ölkə daxilində sosial şəbəkələrdə "Tərtər hadisələri" mövzusu geniş müzakirə edilir! Hamı bu mövzu barədə danışır, susan yalnız ölkə rəhbərliyidir, yəni bu hadisələrin birbaşa törədənlər və ya buna rəvac verənlər!
"Tərtər hadisələri" barədə həmin hadisələrdə zərər çəkmiş insanlar, onların yaxınları insanlığa yaraşmayan tukürpəşdirici işgəncələrdən danışır, yazırlar!
Yadıma 1993-cü ildə məlum Talış Muğan Muxtar Respublikası ilə əlaqədar həbs edilənlərə qarşı törədilən işgəncə və zorakılıq halları düşür! İndiki iqtidarın vəhşiliklərinin başlanğıcı məhz o illərdə qoyuldu, ancaq Azərbaycan ictimaiyyəti bütün bunlara göz yumdu, hətta həmin işgəncələri alqışladı! Çünki bu ölkənin "ANALOQU" yoxdur!
Sonrakı illərdə də Talış xalqına qarşı görünməz zorakılıqlar edildi, xalqın alimləri həbs edilərək həbsxanalarda qətlə yetirildi - Novruzəli Məmmədov, Fəxrəddin Abbasov(Əboszodə).
Azərbaycan ictimaiyyəti susdu, çünki bu ölkənin "ANALOQU" yoxdur!
Bir neçə paralel gətirim:- hətta qardaş dedikləri Türkiyə kürd əsilli Abdulla Öcalanı ömürlük həbs etdi, onun həbsxanada təhlükəsizliyini təmin etdi(hər halda mətbuatda A.Öcalana qarşı edilən zorakılıqlara rast gəlmirik).
Özlərinə "düşmən" saydıqları Ermənistan haqqında ağılllarına və ağızlarına gələni yazırlar, deyirlər. Ermənilərin vəhşi obrazını yaradırlar! Hətta ermənilər də həbs etdikləri Dilqəm Əsgərovu və Şahbaz Quliyevi sonunda azad etdilər! Keçmiş məhbuslar heç də onlara qarşı edilən "vəhşiliklərdən" danışmırlar!
Amma Azərbaycan nə edir? Əli yalın məhbusları işgəncələrlə qətlə yetirir! Axı bu ölkənin "ANALOQU" yoxdur!
İfadə azadlığından istifadə edən Elvin Isayev qonşu ölkədən oğurlanıb gətirilir, Sözə görə ona uzunmüddətli həbs cəzası verilir! Axı bu ölkənin "ANALOQU" yoxdur!
İndi də Aslan Qurbanov adlı bir gənci, ağır epilepsiya xəstəsini SÖZə görə həbs edib ,7 il həbs cəzasına məhkum ediblər!
Apelyasiya Şikayətinə baxılmadan onu cəzaçəkmə müəssisəsinə atıblar!(yəqin əmindirlər ki, Apelyasiya Məhkəməsinin heç bir əhəmiyyəti yoxdur - Yatmalıdır!)
Hələ bu azmış kimi Aslan Qurbanov əvvəl 6 saylı kalona, ordan da birbaşa 10 saylı kalona KARSA göndərilir! Eynilə Fəxrəddin Abnasovla(Əboszodə) olduğu kimi! Aslan Qurbanovun aqibəti də F.Əboszodə kimi olsa, biz buna heç də təccüblənmərik!
Axı bu ölkənin "ANALOQU" yoxdur!
Aslan Qurbanova AZADLIQ!!!
 
Category: TMH Xəbon | Views: 146 | Added by: tmmrtalish | Tags: Ələkrəm Hummətov | Rating: 0.0/0
Total comments: 0
Подписка: 1 Код *: