18:55
AR-nın Ağır cinayətlər məhkəməsində Elvin İsayevə hakim 8 il cəza qərarı çıxartdı Fəxrəddin Abbasova(Əboszodə) AZADLIQ!!! Elvin İsayevə
AR-nın Ağır cinayətlər məhkəməsində Elvin  İsayevə  hakim 8 il cəza  qərarı çıxartdı


Fəxrəddin Abbasova(Əboszodə) AZADLIQ!!!
Elvin İsayevə AZADLIQ!!!
Mübariz  Mənsimova AZADLIQ!!!
Aslan  Qurbanova AZADLIQ!!!

30 oktyabr 2020-çı il  tarixində Azərbaycan femidası ənənəsinə sadiq qalaraq bir daha SÖZ, VİCDAN AZADLIĞI kimi  Avropa dəyərlərini dəfn etdi!
Paradoksal hal oradadır ki, F.Abbasovun işində olduğu kimi, Elvin İsayevə qarşı irəli sürülən ittihamlarla bağlı məhkəmə istintaqında heç bir sübutlar göstərilməmiş, eyni ilə Elvinə qarşı da cəmi 1 "şahid" çıxış etmişdir - o, da Elvinin xeyriyyəçilik işlərindən danışmışdır(2 dəfə dindirilsədə).
F.Abbasovun işində olduğu kimi Elvin İsayevin işinə də yalançı məxfilik donu geyindirilmişdir! Hakimiyyət tərəfindən E.İsayevə 2 vəkil ayrılsa da, onun qohumları tərəfindən tutulmuş vəkilli istintaq dövründə mudafiyəyə buraxılmamış, yalnız məhkəmə istintaqında iştirak edə bilmişdir ki, bu da müdafiyə hüququnun kobud şəkildə pozulmasıdır!
Fəxrəddin Abbasov, Elvin İsayevdən sonra növbə gənc bloqer Aslan Qurbanovundur! Əminik ki, Aslanı da eyni aqibət gözləyir. Yəni, məxfilik qrifi ilə pərdələnərək   "Kapitalın müəllifinin də", "Leninə güllə atanın da" məhz mühakimə etdikləri şəxslərin olduqlarını istintaq tərəfi "məharətlə sübuta yetirir, yetirəcək!"
Adlarını çəkdiyimiz 3 şəxs həyatda heç vaxt bir-birilərini tanımamışlar,  onları birləşdirən bir amil var - TALIŞ olmaları!
Həmin 3 nəfərin heç də hamısını həbs olunana qədər biz də yaxından tanimamışıq!
Talış Milli Hərəkatı olaraq TALIŞ adı ilə fəaliyyət göstərən, öz xalqının varlığı ilə qürur duyan hər bir kəsin müdafiəsini özümüzə borc bilirik - Ədalətli məhkəmə naminə!
Talış fəallarına qarşı zorakılığa SON!!!

Talış Milli Hərəkatı (TMH).
 
Category: TMH Xəbon | Views: 177 | Added by: tmmrtalish | Tags: (TMH) | Rating: 0.0/0
Total comments: 0
Подписка: 1 Код *: