17:11
Arif Ağayev :Guya ki, saqqal tərpədib bu da söz dedi
Arif Ağayev :Guya ki, saqqal tərpədib bu da söz dedi.
45


Bunun nə talışlardan, nə də onun problemindən deyəsən heç xəbəri yoxdur, ya da camaatı ələ salır. Talışların rahat yaşamasının bu problemə nə aidiyyəti ? Son 25 ildə Lənkəran universiteti və ya onun kolleci neçə nəfər talış dili üzrə pedaqoq-mütəxəssis hazırlayıb? Əlbəttə ki, heç bir nəfər də yox. Amma hər il Azərbaycanda minlərlə əcnəbi dillər üzrə pedaqoji kadrlar hazırlanır. Bəs belə olan halda hansı talış dilinin tədrisindən danışmaq olar? Statistik məlumata görə guya 200-dən yuxarı məktəbdə talış dili tədris olunur. Biz hələ azərbaycanın heç bir məktəbində hansısa bir dilin (rus, ingilis. alman, fransız, ərəb , fars və s) əmək, rəsm, bədən tərbiyəsi, riyaziyyat, fizika, kimya müəllimi tərəfindən tədris olunmasının şahidi olmamışıq. Onda talış dilinin tədrisinə olan ögey münasibət haradan qaynaqlanır? Belə çıxır ki, bu sadalanan dillər bizim aborogen millətlərin dillərindən daha əhəmiyyətli və üstündür? Konstitusiyanın bütün millətlərə verdiyi hüquqdan danışan kimi SEPARATİZM kimi heç dəxli olmayan termini dövriyyəyə buraxırlar. Guya rus, fars qızışdırır.Bu problem 10 illərdir qabardılır, amma hökumət adekvat addım atmaq əvəzinə içəridə "xalq düşməni" axtarır. Ay deputatlar, özünüzü gülünc vəziyyətə qoymaqdansa, məsələ qaldırıb konstitusiyadakı azsaylı millətlərin öz ana dilindəki təhsil alma hüququ adlı 45-ci maddənin ləğv olunması üçün səs verin, qəbul edin , konstitusiyada da dəyişiklik olunsun və bu problem də birdəfəlik bitsin qanuni hökumətin xeyrinə. Necə ki bu millətlər 100 il öz ana dilindəki yazı-pozudan, əlifbadan məhrum olublarsa, bundan sonra da bir neçə əsr belə davam etsə dünya dağılmaz. Akademiyanın uyğun institutlarının alimləri görəsən nə vaxt səslərini çıxaracaqlar və buna aydınlıq gətirəcəklər.
P.S.Hələ ki, bu məsələ ilə hüquqi, siyasi, pedaqoji səviyyəsi həm də tərbiyəsi olmayan bir dəstə başıpozuq trol dəstəsi məşğuldur.

Arif Ağayev
Category: TMH Xəbon | Views: 62 | Added by: tmmrtalish | Tags: Arif Ağayev | Rating: 0.0/0
Total comments: 0
Подписка: 1 Код *: