07:07
Aslan Qurbanovun məhkəməsindən

Aslan Qurbanovun məhkəməsindən
7 aprel tarixində saat 15.30-da başlayan məhkəmə iclası yenə qapalı keçirildi. Aslanın qohumları məhkəməyə buraxılmadı, onlara məhkəmə iclasının qapalı keçirilməsi barədə heç bir səbəb də göstərilmədi!
Məhkəmə hazırlığı iclasında isə məhkəmənin qapalı keçirilməsi haqqında heç bir qərar qəbul edilməmişdir.
Bir filmdə deyildiyi kimi:- " Yenə həmin koordinat, həmin dalğa!..."
Əvvəllər olduğu kimi talış fəalları üzərində aparılan məhkəmə-məzhəkələr davam etdirilir! Bu faktların özü də, ölkədə talışlara qarşı aparılan diskriminasiya siyasətinin bariz göstəricisidir!
Cəmi 9 sinif təhsili olan gənc bir Talış fəalı dövlət üçün nə üçün belə "təhlukə mənbəyinə" çevrilib! Xatırladaq ki, Aslan Qurbanovun izlənməsi və dinlənilməsi barədə məhkəmə qərarlar verəndə onun cəmi 20 yaşı var idi, o hərbi xidmətdən yenicə qayıtmışdı.
Öz xalqını sevməsi, ana dilinə məhəbbəti onu müttəhimlər kürsüsünə niyə gətirsin?!
Səbəbini Aslan Qurbanova istintaq vaxtı, işi aparan müstəntiq açıqca demişdir:- "Səni ona görə həbs edəcəyik ki, başqa Talış gənclərinə görk olsun, qorxsunlar!"
Bu barədə qohumları Prezidentə və Vitse Prezidentə ünvanladıqları məktubda da məlumat vermişlər, nəticə isə olmamışdır.
Yəni Talış gəncləri öz məxsus olduqları xalqı, ana dillərini sevməyə cürət etməsinlər, yəni "MİLLİ MƏNSUBİYYƏTLƏRİ ONLAR ÜÇÜN QÜRUR MƏNBƏYİ" olmasın!
Dövlətin apardığı milli siyasətin mahiyyəti ölkədə yaşayan digər xalqların zorakı assimilyasiasının sürətləndirilməsidir.
P.S.Bə məhkəmə və ijən 2-3 tolış omə.
Qıləy tolışi ğıryətmandə KİNƏ-VƏYU de ıştə korpə omə. Əy de bərkə vanqi xeyli harayı kəşə: - Az Tolışim, az bə Aslan Qurbanovi məhkəmə oməm! Boçi tolışon qətedən, tolışon Qərəboğədə ıştə coni doədə çoke, boştə xəlqi, inə zıvoni eşteədə "separatçi-dışmen" bedən?!
Kıve tolışi merdon, sosial şəbəkə PƏVLİVONON? Boçi omedənin bə Aslani məhkəmə?!"
P.P.S. Pand peqətə parse!!!
Bir 1 nəfər şəkili ola bilər
 
Category: TMH Xəbon | Views: 66 | Added by: tmmrtalish | Tags: tolishstan.com | Rating: 0.0/0
Total comments: 0
Подписка: 1 Код *: