search
menu
person

NEWS AND UDATES


16:13
Astarada ağır qəza - 1 ölü, 4 yaralı var - VİDEO

Astarada ağır qəza - 1 ölü, 4 yaralı var - VİDEO

 

 

 

Astarada ağır qəza baş verib. Nəticədə bir nəfər ölüb.

 

Xezerxeber.az-ın məlumatına görə, hadisə Astara rayonunun Taxtanakəran kəndi ərazisində baş verib.

 

Lerik rayonu Kaqoy kənd sakini 38 yaşlı Nazim Şahmuradovun idarə etdiyi avtomobil dağlıq ərazidə yoldan çıxaraq dərəyə aşıb. Nəticədə sürücü və bir ailənin dörd üzvü ağır bədən xəsarətləri alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Həkimlərin ciddi səyinə baxmayaraq vəziyyəti daha ağır olan 15 yaşlı Aytəkin Səfərovanın həyatını xilas etmək mümkün olmayıb. Avtomobildə olan digər sərnişinlər -49 yaşlı Əbülfət Səfərov, həyat yoldaşı 45 yaşlı Səringül Səfərova və 15 yaşlı Aytac Səfərovanın vəziyyəti ağır qiymətləndirilir.

 

Faktla bağlı araşdırma aparılır.

 

Xezerxeber.az mövzu ilə bağlı videogörüntünü təqdim edir:

Category: TALİSH | Views: 81 | Added by: tmmrtalish | Rating: 0.0/0
Total comments: 0
avatar
$ COM_IS_ACTIVE $  $ COM_NUM_ENTRIES $