12:41
Astarada Kərbəlayı Həmid Abdulla hamamı bərpa olunacaq

Astarada Kərbəlayı Həmid Abdulla hamamı bərpa olunacaq

Astara rayonunun Ərçivan qəsəbəsində yerləşən tarixi abidələrdən biri olan Kərbəlayi Həmid Abdulla hamamı bərpa olunacaq.

Ambur.az xəbər verir ki, bu barədə Astara rayonunda müəllim işləyən, ictimai fəal Nuranə Həmidova özünün "Facebook" hesabında paylaşım edib:
"Əziz dostlar! 

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə  Dövlət Xidmətinin şöbə müdiri Ruslan Ənvərlinin Astaranın Ərçivan qəsəbəsindəki qədim tarixi abidələrlə bağlı 112 nəfərin imzası olan kollektiv müraciətə cavab məktubu...

İlk öncə nəticəsindən asılı olmayaraq müraciətin ciddiliyinin fərqində olub mənimlə bərabər səssiz qalmayan vətəndaşlarımıza ürəkdən təşəkkür edirəm!

Çoxsaylı açıqlama gözləyənlərə görə məktubumuza gələn cavabı paylaşıram. 

Kərbəlayı Həmid Abdulla hamamı bərpa olunacaqdır...!".

Category: Sosial şəbəkə xəbərləri | Views: 40 | Added by: tmmrtalish | Tags: tolishstan.com | Rating: 0.0/0
Total comments: 0
Подписка: 1 Код *: