search
menu
person

NEWS AND UDATES


17:19
Astarada “Narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirici tədbir keçirilib

Şəhər 1 saylı tam orta məktəbində “Narkomaniyaya yox deyək!” mövzusunda keçirilən maarifləndirici tədbirdə əsrin bəlasına çevrilən “ağ ölüm”ün törətdiyi fəsadlar və ona qarşı mübarizə tədbirləri ilə bağlı müzakirələr aparılıb.

Tədbirdə Astara Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Azər Cahangirov narkomaniyaya qarşı mübarizəni təmin etmək məqsədilə maarifləndirmə işlərinin aparılmasının əhəmiyyətini vurğulayıb. O deyib: “Hər birimiz çalışmalıyıq ki, gənc nəsil sağlam böyüsün, valideynlərinin etimadını doğrultsun, Vətənə layiqli övlad olsun. Təəssüf ki, aramızda narkomaniyaya meyl edən yeniyetmə və gənclərə də rast gəlmək olur. Ümumtəhsil məktəblərində bu mövzuda maarifləndirmə tədbirləri müntəzəm aparılmalıdır”.

Yetkinlik yaşına çatmayanlarla işlər üzrə inspektor, polis baş leytenantı Amal Rzayev çıxışında narkomaniyanın zərərləri barədə məktəblilər arasında geniş təbliğat və izahat işlərinin aparılmasının vacibliyini diqqətə çatdırıb. Bildirib ki, pedaqoji kollektivlər məktəblilərin davranışlarını müntəzəm izləməli, siqaret çəkən və digər xoşagəlməz hərəkətlərə yol verən şagirdləri müəyyənləşdirərək aidiyyəti orqanlara vaxtında məlumat verməlidirlər.

Təhsil şöbəsinin müdir müavini Sultanağa Baxşıyev,  veteranlar təşkilatının sədri Rafiq Əliyev, gənclər və idman idarəsinin rəisi Ərçə Əliyev narkomaniyaya qarşı mübarizə işində təkliflərini bildiriblər.

Sonda mövzuya aid video-çarx nümayiş olunmuşdur.

Hazırladı-Elnur Qurbanlı

Category: XƏBƏRLƏR | Views: 57 | Added by: tmmrtalish | Rating: 0.0/0
Total comments: 0
avatar
$ COM_IS_ACTIVE $  $ COM_NUM_ENTRIES $