search
menu
person

NEWS AND UDATES


21:38
Astarada torpaq sürüşməsi aktivləşib

Astarada torpaq sürüşməsi aktivləşib

Astarada 1 ev uçub, ətrafındakı evlər də eyni təhlükə ilə üz-üzədir.  mart ayının 26-da torpaq qatının sürüşməsi nəticəsində rayonun Siyəkü kəndində qəzalı vəziyyətə düşən evlərdən biri uçub.

Belə ki, ötən gecə kənd sakini, 70 yaşlı Təcrübə İsgəndərovanın 3 otaqlı evi tamamilə qəzalı vəziyyətə düşüb. Ev sahibinin sözlərinə görə, xoşbəxtlikdən 5 nəfər ailə üzvündən heç biri xəsarət almayıb.

Talış  bölgəsinə intensiv düşən yağıntıların son 5-6 gün ərzində torpaq sürüşmələrini aktivləşdirməsi kənd sakinlərini narahat edir. Onlar gecələri evlərində rahat yata bilmirlər. Bəziləri qohumlarının evlərində qalmağa məcbur olublar.

Bildirilir ki, hazırda kənddə 10-a yaxın ev dağılmaq təhlükəsi qarşısındadır. Fərdi təsərrüfatlardakı sitrus bağları da zərər çəkib. Məsələdən kənd icra nümayəndəliyinin məlumatı var.

Yaranmış vəziyyət barədə Fövqəladə Hallar Nazirliyinə də rəsmi qaydada müraciət edilib.

Category: TALİSH | Views: 97 | Added by: tmmrtalish | Rating: 0.0/0
Total comments: 0
avatar