00:34
Astarada xüsusi amansızlıqla qətl baş verib !!!
Astarada xüsusi amansızlıqla qətl baş verib !!!

DİQQƏT!!!
Cəbhədən şəhid xəbərləri gəldiyi bir vaxtda, Astaranın Çayoba(Telman ) kəndində yaşlı bir qadını gecə ikən balta ilə tikə-tikə doğrayıb , evini qarət edərək ağzındakı qızıl dişləri belə mişarla kəsib götürürlər. Subhanəllah, biz nələr eşidirik, nələr görürük? Doğrudanmı bütün bunları edən bir müsəlmandır? Doğurdanmı bu dəhşətlər məmləkətimizdə baş verir?
Mərhum, təsərrüfatında durmadan çalışan, yas məclislərində mərsiyələr söyləyib özünü dolandıran, zəhmətkeş, möminə bir qadın idi. Ərini illər öncə itirmiş bu qadın bildiyim qədər çoxlu ehtiyacı olan insanlara əl tuturmuş .
Xatırladım ki, bir müddət öncə analoji üsulla Astarananın Təngərüd kəndində bir ev qarət olunmuş, ev əhli isə tamamən oğrular tərəfindən qətlə yetirilmişdi.
Astara Rayon Polis Şöbəsi bu cür tükürpərdən , insanlığa sığışmayan cinayət əməllərini törədən dəstəni nəhayət ifşa etməlidir ki, xalq evində rahat nəfəs alsın. Rica edirəm , əllərində imkanı olanlar DİN rəhbərliyinin diqqətini heç də cəbhədəki düşməndən təhlükəli olmayan bu daxili düşmənlərə yönəltsinlər.

Elvin Irşadov
 
Category: XƏBƏRLƏR | Views: 77 | Added by: tmmrtalish | Tags: Elvin Irşadov | Rating: 0.0/0
Total comments: 0
Подписка: 1 Код *: