/ Новости сайта / SIYASƏT / ATƏT:“Çoxsaylı pozuntular ən çox səslərin hesablanması zamanı baş verib”
18.02.2020

ATƏT:“Çoxsaylı pozuntular ən çox səslərin hesablanması zamanı baş verib”

46 0 SIYASƏT

ATƏT:“Çoxsaylı pozuntular ən çox səslərin hesablanması zamanı baş verib”

ATƏT DTİHB-nin Müşahidə Missiyasının koordinatoru Andrey Qerasimov bildirib ki, məhdudlaşdırıcı qanunvericilik və siyasi mühit növbədənkənar parlament seçkilərində əsl rəqabətə maneçilik törədib.ATƏT: “Nəticələr növbəti seçkilərin keçirilməsi üçün əsas yaradacaq”

Fevralın 10-da “Holiday INN” hotelində ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB), AŞPA və ATƏT PA birgə müşahidə missiyası növbədənkənar parlament seçkilər ilə bağlı mətbuat konfransı keçirdilər.

Hər üç müşahidə missiyası 9 fevral növbədənkənar parlament seçkilərinin Avropa demokratiya normalarına uyğun olmadığını deyib və Azərbaycan xalqının iradəsinin azad ifadəsi hesab etməyib.

Onun fikrincə, real siyasi müzakirələrin olmaması səbəbindən seçicilərə düşünülmüş seçim verilməyib. Bir çox namizəd seçicilərlə əlaqə yaratmaq üçün sosial şəbəkələrdən istifadə edib, lakin bu, kampaniyanın ənənəvi KİV-də yayımlanmasını kompensasiya etməyib.

“Həmin otaqlarda nələr olmasını heç kim bilmir”

“DTİHB və Venesiya Komissiyasının əsas KİV azadlıqları və namizədlərin qeydiyyatı ilə bağlı çoxdankı tövsiyələri yerinə yetirilməyib.

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) azad seçki hüququnun pozulmasına dair 23 iş üzrə qərar qəbul edib, lakin İlqar Məmmədovun işi də daxil olmaqla, heç bir qərar icra olunmayıb, bu səbəbdən o, namizədliyini irəli sürə bilməyib”,-deyə Qerasimov fikrini tamamlayıb.

A.Qerasimov seçki günü müşahidəçiləri onlara prosedurların çox ciddi pozuntuların baş verdiyini çatdırıdığını deyib:

“Məsələn, protokolların verilməməsi, istifadə olunmayan bülletenlər düzgün istifadə edilməyib, başqa otaqlara aparılması qeydə alınması müşahidə edilib. Həmin otaqlarda nələr olmasını heç kim bilmir. Bir yox, iki yox, üç yox, böyük sayda belə hallar olub”.

“Protokollar verilmirdi, proses özü şəffaf deyildi, konkret olaraq”

AŞPA missiyasının koordinatoru Frank Şvabe müşahidəçilərin çoxsaylı pozuntular qeydə aldıqlarını açıqlayıb və “bu, ən çox səslərin hesablanması zamanı baş verib”-deyə əlavə edib.

Frank Şvabe qeyd edib ki, o, səslərin hesablanmasında ciddi pozuntuları müşahidə edib, protokollar verilmirdi, proses özü şəffaf deyildi, konkret olaraq, 30 DSK-nin 10-cu məntəqəsində belə hallar olub:

“Namizədlərə iştirak etmək imkanı verilsə də, qalib gəlmək imkanı verilmədi. 5 il həbsdə olan İlqar Məmmədov barədə Avropa Məhkəməsi onun məhkumluğunun aradan qaldırılması qərarını versə də, onu seçkiyə buraxmadılar. Avropa İnsan Haqları Məhkəməsi Azərbaycandakı seçkilərlər bağlı 23 qərar qəbul edib, ancaq buna baxmayaq, İlqar Məmmədov və digərlərinin namizəd olmasının qarşısı alındı. Biz Azərbaycanı məhkəmənin qərarlarını icra etməyə çağırırıq, eyni zamanda, Venessiya Komissiyasının tövsiyələrini icra etməyə dəvət edirik”.

“Azərbaycanda qeydiyyatdan keçən 55 partiyanın heç bir rəhbəri qadın deyil”

Seçki günü ilə bağlı Şvabe deyib ki, ATƏT PA-nin Albaniyadan olan koordinatoru Yelena Hoca Cebrea debatlar üçün şəraitin olmamasını xatırladaraq bildirib ki, bu səbəbdən seçicilər namizədlərin proqramlarından xəbər tutmayıb.

“Səsvermə günü pozuntularla bağlı çoxsaylı məlumatlar daxil olub. Missiya yaxşı hazırlanmış metodologiyadan istifadə edərək seçkiqabağı dövrü və səsvermənin özünü beynəlxalq standartlar baxımından qiymətləndirib və tamamilə obyektiv olub, o qeyd edib”,- vurğulayan Cebrea ilkin rəyin buna nəzərən hazırlanacağını vurğulayıb.

O, seçkilərdə qadınların az iştirakından və namizədlərin 21 faizinin qadın olmasından təəssüflənib:

“Azərbaycanda qeydiyyatdan keçən 55 partiyanın heç bir rəhbəri qadın deyil. Azərbaycanda qadınların namizədliklərinin irəli sürülməsi baxımından heç bir hüquqi tələblər yoxdur. Buraxılmış parlamentdə 20 yer, dövlət komitələrinin birində də qadın rəhbər yoxdur, yalnız 15-nin rəhbərliyində qadın var. Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının aradan qaldılması üçün BMT-nin Konvensiyasından irəli gələrək Azarbaycanı bu sahədə fəal olmağa dəvət edirik. İkinci, gənclərin bu seçkilərdə fəallığının artırılması əsas müzakirə mövzularından idi. ATƏT bununla bağlı hökumətə dəstək olmağa hazırdır”.

“Seçkilərdə rəqabət mühiti olmayıb, sərbəst toplaşma və birləşmə azadlığı təmin edilməyib”

Tədbirdə ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) Müşahidə Missiyasının jurnalistlərə təqdim olunan hesabatında bildirilib ki, Azərbaycanda fundamental hüquq və azadlıqların təmin olunması ciddi narahatlıq doğurur. Hökuməti tənqid edənlərə qarşı sistematik təqiblər barədə xəbərlər ciddi narahatlığa səbəb olur. Seçkilərdə rəqabət mühiti olmayıb, sərbəst toplaşma və birləşmə azadlığı təmin edilməyib.

Dövlət məmurlarına müxalifəti dəstəkləməmək üçün təzyiq göstərilməsi, müxalifət fəallarının polisə çağırılması və təzyiqə məruz qalması barədə sübutlar var. Seçki günü müşahidəçilər prosedur pozuntularını qeydə alıblar.

Sənəddə seçki günündə səsvermə mənfi qiymətləndirilib, xüsuslə müşahidə olunan məntəqələrin 7 faizində. Bu isə böyük rəqəm olduğundan ciddi prosedurların çaışmazlığına işarə edir:

“Çox böyük təəssüflə qeyd edək ki, yaxşılaşmalar və təkmilləşmələr rəqabətli mühitə gətirə bilərdi. Ancaq səsvermə günü səslərin hesablanması məyusedici idi. Bülletenlərin sayılmaması (35 hal), seçki qutularının seriya nömrələrinin qeyd edilməsi (37 hal). Seçicilərin barmaqlarında mürəkkəb izləri yoxlanılmayıb (13%). Seçki qutularına topa bülleten atılması məntəqələrin 16 faizində qeydə alınıb. “Karusel”lər 5% məntəqədə, məxfiliyin pozulması 4% məntəqədə qeydə alınıb. 39 halda komissiya üzvləri müşahidəçilərlə əməkdaşlıq etməyiblər, 6 halda partiyaların nümayəndələri və ya namizədlər qovulub. 44 seçki məntəqəsində kənar şəxslər, o cümlədən polis və təhlükəsizlik xidməti əməkdaşları, hərbi qulluqçular, habelə dövlət məmurları görünüb. Əhəmiyyətli prosedurlara məhəl qoyulmadığına görə 113 haldan 66-da səslərin sayılması mənfi qiymətləndirilib. Seçki qutuları açıldıqdan sonra müşahidəçilər topa ilə bülleten atıldığını görüblər. 7 halda seçki bülletenlərinin sayı seçicilərin sayından çox olub. 15 halda müşahidəçilər protokolların qəsdən saxtalaşdırıldığını görüblər. 22 halda komissiya sədrləri protokolları imzalamayıblar. 17 məntəqədə protokolların nömrələri ya dəyişdirilib, ya da qanun pozuntusu ilə doldurulub”.

ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) Piter Teyjler suallara cavab verərkən deyib ki, onlar seçki polisi deyil, qərarları hökumət verir:

“Biz legitimləşdirmə biznesi ilə məşğul olmuruq. Bu, Azərbaycan xalqının verdiyi legitimlikdir. Nəticələr növbəti seçkilərin keçirilməsi üçün əsas yaradacaq”   ( http://azadpress.info/at%c9%99tcoxsayli-pozuntular-%c9%99n-cox-s%c9%99sl%c9%99rin-hesablanmasi-zamani-bas-verib/)



tolishstan.com

Поделитесь в социальных сетях

Комментарии 0

Подписка: 1 Код *:

Календарь
«  Февраль 2020  »
ПнВтСрЧтПтСбВс
     12
3456789
10111213141516
17181920212223
242526272829
Наш опрос
Оцените мой сайт
1. Отлично
2. Хорошо
3. Плохо
4. Ужасно
5. Неплохо
Всего ответов: 10
Статистика

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0