/ Новости сайта / TALIŞH / Ataxan Abilov :  100 faiz əminliklə demək olar ki, Ziyafət Əsgərov 'talış' sözünü eşidəndə diksinir.
18.02.2020

Ataxan Abilov :  100 faiz əminliklə demək olar ki, Ziyafət Əsgərov 'talış' sözünü eşidəndə diksinir.

29 0 TALIŞH
Ataxan Abilov :  100 faiz əminliklə demək olar ki, Ziyafət Əsgərov 'talış' sözünü eşidəndə diksinir. 




Ziyafət Əsgərov 15 ildir parlamentdə 99,9 faiz talışların yaşadığı seçki dairəsini, yəni talışları (yəqin belə deməklə cığallıq etmirəm) Milli Məclisdə təmsil edir. Mən indiyə kimi bu adamın - Milli Məclis sədrinin müavininin 'talış' sözünü tələffüz etməsini eşitməmişəm. 100 faiz əminliklə demək olar ki, Ziyafət Əsgərov 'talış' sözünü eşidəndə diksinir. 

Belə bir adamı sabah növbəti 5 ilə talışlar adından ölkə parlamentinə təyin edəcəklər. 

Ey Azərbaycanın özünə demokrat deyən İCTİMAİ SİYASİ XADİMLƏRİ, bunun adı nədir? Niyə bu məsələyə münasibət bildirmirsiz? Mənim bundan danışmağımı 'cığallıq', 'bölücülük', nəbilim 'separatçılıqdır' kimi qiymətləndirirsizsə, Ziyafəti talışlar adından Milli Məclisə göndərənin hərəkətlərinin adı nədir? Yer kürəsində bu gün bunun analoji nümunəsi varmı? Bu utanc bir hərəkətdir, özü də tək Azərbaycanın adına yox, bütün planetin adına. Bu aksiyanın müəllifləri niyə ölüb yerə girmirlər? Niyə buna etiraz etməyənlər susmalarıyla bu yaramaz aksiyaya şərik çıxırlar.

P.S. Bu gün deyirlər ki, sonuncu gündür seçki təbliğatı olmaz. Bu norma ziyafətkimilərə şamil edilə bilməz. O seçilmir, təyin altındadır.


Ataxan Abilov
Поделитесь в социальных сетях

Комментарии 0

Подписка: 1 Код *:

Календарь
«  Февраль 2020  »
ПнВтСрЧтПтСбВс
     12
3456789
10111213141516
17181920212223
242526272829
Наш опрос
Оцените мой сайт
1. Отлично
2. Хорошо
3. Плохо
4. Ужасно
5. Неплохо
Всего ответов: 10
Статистика

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0