/ Новости сайта / TMH XABAR / Ataxan Abilov : Azərbaycan səlahiyyətlilərinə, xüsusən keçmiş MTN, hazırkı DTK əməkdaşlarına burdan deyirəm: Mən bu məzmunda ifadə verməmişə
31.03.2020

Ataxan Abilov : Azərbaycan səlahiyyətlilərinə, xüsusən keçmiş MTN, hazırkı DTK əməkdaşlarına burdan deyirəm: Mən bu məzmunda ifadə verməmişə

118 0 TMH XABAR

Ataxan Abilov : Azərbaycan səlahiyyətlilərinə, xüsusən keçmiş MTN, hazırkı DTK əməkdaşlarına burdan deyirəm: Mən bu məzmunda ifadə verməmişəm


Ataxan Abilov
https://www.facebook.com/ataxan.abilov/posts/10158301311191803


ATAXAN ABILOV  FACEBOOK   YAZIB .

Dostlar, yaxın oturun, təzə xəbər var.

Yəqin eşitmisiz, Bakı məhkəməsi Fəxrəddin Əboszodəyə (Abbasova) hökm oxuyub. Onu 16 il azadlıqdan məhrum ediblər. Bu iki quru cümlənin məzmununa münasibət müxtəlifdir. Mən bu barədə hansısa formada danışmaq istəyirdim. Məni tanıyanlar bilir, xarakterimdə zərbə altında, müdaifəyə ehtiyacı olan insana qarşı danışmaq yoxdur. Bir hüquqşünas olaraq məndən prokuror çıxmaz. Mənim genetic kodlarımda kiməsə ittiham aktını oxumaq elementlərini Allah yerləşdirməyib.

Onu da deyim ki, Əboszodə ilə son 13 ildə heç bir şəxsi kontaktımız olmayıb. O, özünün sözü keçdiyi saytlarda məhi təhqir edib. Mən də o, hələ tutlmamışdan qabaq onun xarakteristikasını, hansı əməllərin sahibi olduğunu iki yazıda ilk öncə elə onun özünə ictimai kanallarla göndərmişəm. Rusiyada onun istər qanunsuz formada saxlanılması, istərsə də Azərbaycana ötürülməsinin hüquqa zidd olması barədə də dərhal özümün face səhifəmdə münasibət bildirmişəm.

Universitet illərimdən tanıdığım Əboszodənin hansısa formada müdafiəsilə bağlı fikirlər məni rahat buraxmadığı məqamda telefonumla məni bir materiala yönəltdilər. Açdım. Əboszodənin məhkəmədə son sözü idi.

Son söz təqsirləndirilən şəxsə verilən son imkandır. O, son şans alır ki, özünün müdafiəsilə bağlı arqumenlər səsləndirsin. Əboszodə də məhkəmədə son söz söyləməli idi və söyləyib. Cinayət prosesin bu tamaşalı hissəsi həm də tarixi bir andır. Xüsüsən özəl prinsip və dəyər daşıyıcıları mühakimə olunanda, onlar bu ana, bu momentə özlərinin ideyalarını gür səslə car etmək məqamı kimi baxırlar.

Əboszodə də son söz deyib. O, özünün bu tarixi şansında özünü müdafiə etmək əvəzinə onun ittihamlarıyla heç bir əlaqəsi olmayan məsələlərdən danışıb. Kəsəsi, onun bu tarixi məqamda söhbət açdıqları adamlardan biri də mənəm. O, məhkəmə zalında “gür səs”lə demişdir:
Novruzəli Məmmədovun işində “Ataxan Əbilov ifadə verib, imzası ilə təsdiq edib ki, o hər ay İrandan gələn 3 min dolları Norruzəli Məmmədova vermişdir. Pulları ona Moskvada yaşayan molla Famil Cəfərov göndərirmiş! O insan indi kənarda sərbəst yaşayır, siz onu buraxmısız. Məni isə həbs etmisiz. Məntiq hardadır?”

Düzü bu sözlərin həqiqətən Əboszodəyə məxsus olması və özünün “son söz” məqamında bunları səsləndirməsinə inanmadım. Bir neçə mənbədən təsdiq olundu ki, həqiqətən belə şey var.

İndi isə bu sözləri Fəxrəddin Əboszodəyə deditdirən Azərbaycan səlahiyyətlilərinə, xüsusən keçmiş MTN, hazırkı DTK əməkdaşlarına burdan deyirəm: Mən bu məzmunda ifadə verməmişəm. Mən ümumiyyətlə Novruzəli Məmmədovun işində mərhum professorun əlehinə heç bir ifadə verməmişəm. Əksinə Novruzəli müəllimi dürüst, ziyalı, işıqlı bir insan, hər şeyin yerini bilən, böyük alim kimi xarakteriza etmişəm. Əboszodənin barəmdə səsləndirdiyi cümlələrdəki məntiqsiz və göydən asılı fikirlər iftiradır, yalandır, uydurmadır. Bu iftira, yalan və uydurmalar kimlərinsə fantaziyasıdır.

Novruzəli Məmmədovun istintaqı başa çatmamış mən Azərbaycanı tərk etmişəm və bir daha ora dönməmişəm. Mən ömrümdə bircə dəfə də olsun İranda olmamışam. Mən indiyə qədər heç bir erməni əsilli şəxsin əlini sıxmamışam. Ona görə yox ki, mən irqçiyəm və bu əlamətli adamlardan zəhləm gedir. Xeyir. Mən aydın dərk edirəm ki, məşğul olduğum işdə ən asan camur atmaq məsələləri ya İranla, ya da erməni elementi ilə bağlıdır. Yəni, düşünülmüş şəkildə özümü bu məsələlərdən kənar saxlamışam.

Hesab edirəm ki, mən ciddi işlə məşğulam. Məqsədim mənsub olduğum talış xalqını Azərbaycan Respublikasında assimilasiya olunmaqdan qorumaq, onların izolyasiya edilməsinə qarşı çıxmaqla talışı talış kimi Azərbaycan cəmiyyətinə inteqrasiya etdirməkdir. İlk növbədə talış bir xalq olaraq bu sivil prosedura inanmalı, Azərbaycan cəmiyyətinin çoxluqda qalan hissəsi də dünyanın sivil qaydaları çərçivəsində bunu tanımalı və qəbul etməlidir. Hazırda Azərbaycan Talışların İctimai Şurasının həmsədriyəm. Odur ki, Əboszodənin indiki məqamda Bakı məhkəməsində onun işinə heç bir aidiyyatı olmadığı halda mənim adımı hallandırması bu baxımdan təsadüfi hesab etmirəm.

tolishstan.com

Поделитесь в социальных сетях

Комментарии 0

Подписка: 1 Код *: