search
menu
person

NEWS AND UDATES


12:13
Ataxan Abilov: Talış dili ana dilimdir. 6 yaşıma qədər bu dildən qeyri dil bilməmişəm.

       Ataxan Abilov: Talış dili ana dilimdir. 6 yaşıma qədər bu dildən qeyri dil bilməmişəm.

Talış dili ana dilimdir. 6 yaşıma qədər bu dildən qeyri dil bilməmişəm. Birinci sinfə getdiyim andan türkcə (Azərbaycan dili) öyrənməyə başlamışam. Qısa zaman ərzində onu əla səviyyədə öyrənmişəm. Orta məktəbin yuxarı siniflərində paralel olaraq rus və ingilis dillərini öyrənməyə başlamışam. 44 yaşımdan etibarən isə Niderland dilini öyrənməyə başlamış və 4 il ərzində bu dildə oxumağı, yazmağı, danışmağı öyrənmişəm. Yəni hər şey motivasiyadan asılıdır.

Bunu niyə yazıram? Hörmətli dostumuz Nabatəli müəllim deyir ki, onlar Estoniyada işgüzar səfərdə olarkən AŞPA-nın üzvü olan eston deputatı Andres Herkelin "niyə azlıqda qalan xalqların dili Azərbaycanda tədris olunmur" sualına bir manqurt talış cavab verib ki, bəs belə bir şey azlıqda qalan xalqın uşaqlarına pis təsir edəcək, onların inkişafını əngəlləyəcək. Təxminən bu məzmunda bir cavab.

Ana dilinə xor baxan həmən insan bəlkə də gözə soxmaq istəyib ki, bununla o, Azərbaycanı güya çox sevdiyini nümayiş etdirir. Əslində isə onun bu hərəkəti qınanmalıdır. Ana dilinə xor baxan insan yaxşı vətəndaş ola bilməz, beləsi ilk andaca Azərbaycana xəyanət edəcək. Rusiyada o, tezliklə rus olmaq istəyəcək, Ermənistanda isə erməni olacaq.

O gün erməni tələbə qızların talış dilində danışdığını bir video materialda gördüm. Ermənilər talış dilini öyrənir, universitetdə talış dili fakültəsi açıblar, bu dildə mütəxəsislər hazırlayırlar. Azərbaycanda isə ana dilinə xor baxan manqurt talışlar təşviq edilir, onlar beynəlxalq səfərlərə aparılır, onlar da həvəslə bu dilin vecsizliyindən ağızları köpüklənə-köpüklənə danışırlar...

Category: SIYASƏT | Views: 59 | Added by: tmmrtalish | Rating: 0.0/0
Total comments: 0
avatar
$ COM_IS_ACTIVE $  $ COM_NUM_ENTRIES $