/ Новости сайта / TALIŞH / ATİŞ-nın Mübariz Mənsimovun həbsi ilə bağlı      Bəyanatı
31.03.2020

ATİŞ-nın Mübariz Mənsimovun həbsi ilə bağlı      Bəyanatı

50 0 TALIŞH
Azərbaycan Talışların İctimai Şurasının
Türkiyə Respublikasının Palmali Şirkətlər qrupunun rəhbəri, Azərbaycan əsilli iş adamı 
Mübariz Mənsimovun həbsi ilə bağlı

                                                                                   Bəyanatı


 Azərbaycan Talışların İctimai Şurası (ATİŞ) Türkiyə məhkəməsinin "fetoçu" və digər saxta, qurama və qərəzli ittihamlarla Azərbaycan əsilli istedadlı və xeyriyyəçi iş adamı, mesenat Mübariz Mənsimovu həbsxana divarlarına məhkum etməsini şiddətlə qınayır. 
Mübariz Mənsimovun hər hansı cinayət əməli törətməsi ağlabatan deyil. Ona qarşı sürülən ittihamlar iqtisadi deyil, siyasi xarakterlidir. İş adamının siyasi xarakterli ittihamlarla həbs etmək bu həbsin kökündə siyasi motivlərin durmasını göstərir. 
 ATİŞ həm Türkiyədə, həm də Azərbaycanda böyük nüfuza malik iş adamının həbsini onun dərin zəkası, unikal istedadı,  intəhasız və gərgin zəhməti hesabına qazandığı əmlakına, var-dövlətinə göz dikib, yiyələnmək istəyənlərin fırıldaqları, məkrli əməlləri kimi dəyərləndirir və Mübariz Mənsimovun dərhal azad olunmasını tələb edir. 

Azərbaycan Talışların İctimai Şurası


tolishstan.com
Поделитесь в социальных сетях

Комментарии 0

Подписка: 1 Код *: