12:44
Avropa Şurası Parlament Assembeleyasının qış sessiyasına, Avropa Şurası Nazirlər komitəsinə, Beynəlxalq İnsan hüquq müdafiə təşkilatlarına:
Avropa Şurası Parlament Assembeleyasının qış sessiyasına,
Avropa Şurası Nazirlər komitəsinə,
Beynəlxalq İnsan hüquq müdafiə təşkilatlarına:


Hörmətli Xanımlar və Cənablar!
Ötən 2020-ci il insanlıq tarixində ağır illərdən biri kimi, hələ də davam edən, ağır və üzücü "covid-19" şərti adlı, yoluxucu qrip xəstəliyindən çoxsaylı insan tələfatı ilə nəticələnən bir il kimi, qalacaq!
Ötən il, həm də, mütərəqqi bəşəriyyətin bu və digər şəkildə, bu pandemiya ilə mübarizəsi fonunda diqqətdən kənarda qalan, xalqlarına qənim kəsilən avtoritar-diktator dövlət idarəçiliyinin qurulmasına nail olan despotların, o cümlədən Azərbaycan Respublikasında, insan hüquqlarını pozaraq bəşəri cinayyətlərini davam etdirmələrinə nəzarətin zəiflənməsindən kifayyət qədər bəhrələnmə ili oldu. Və hazırda bu hüquqpozmalar təkcə fərdlərə qarşı deyil, bütöv xalqların da assimlə edilməklə məhvinə məxsusi dövlət səviyyəli cinayyət əməli, daha sürətli davam etdirilməkdədir.
Çoxmillətli, multikultural ölkə kimi təqdim edilən AR-da, türk(guya azərbaycanlı) xalqının yaşamından başqa, digər xalqların varlığı tanınmır və məxsusi dövlət səviyyəli siyasətlə o xalqların, o cümlədən mənsub olduğumuz Talış xalqı da, məcburi assimliyasiya siyasəti ilə sərt formada, qarşı-qarşıya qalmışdır!
Talış xalqının heç bir nümayəndəsi öz ana dilində Dövlət qurumlarına (məhkəmə, icra, qanunverici strukturlara) qanuni hüquqlarının pozulması barədə, sosial-ictimai, iqtisadi problemlərinin həlli üçün, eləcədə ən aşağı məhrumiyyət qarşısında belə, Öz ana dilində, məsələ qaldırıb şikayət, yaxud tələblər qoya, yaza, dilə gətirə bilməz, onun öz dilində hüquqi müdafiəsini qurmağa cəhdi belə, qeyri-rəsmi qadağandır. Talış dilində təhsil yoxdur, fakültətif həvəskar səviyyədə ibtidai təhsil nəzərdə tutulsa da, peşəkar pedaqoji təminatdan, dövlət səviyyəsində məhdudiyyət, az qala qadağa var. Heç bir Talış, Azərbaycan vətəndaşı olmaqla, öz, adi məişət tələbatını, yaşam ehtiyacını belə, ictimai şəraitdə öz ana dilində, həyata keçirə bilməz, bu komfortdan tam məhrumdur!... Xalqın adi yaşam haqqını, bir Talış əsillinin, harada yaşamasından asılı olmayaraq dilə gətirməsi, onun həyatının cəhənnəm əzabına çevrilməsinə, yaxud məhv edilməsi ilə nəticələnir... Belə ki, ötən il Rusia Fedrasiyasının qanunlarına hörmətsizcəsinə yanaşmaqla oğurlanıb, satın alınmaqla AR-na gətirilən alim, publisist, Talış xalqının ictimai-siyasi xadimi Fəxrəddin Abbasov ölkənin ən ciddi, qapalı həbsxana kamerasında qolunun dirsək hissəsində dərin çapıq açılmaqla, qətlə yetirildi. Qeyd edək ki, F. Abbasovun (Abbaszadənin) həbsxanada həyatında onun yaşamına təhlükə olduğu barədə, hələ ötən ilin iyun-sentyabr aylarında məlumat verilmişdi və bu barədə təşkilat olaraq biz və fərdi olaraq çox sayda yaxınları hüquq-müdafiə təşkilatlarına, dünya ictimaiyyətinə, Beynəlxalq Qırmızı Xaç cəmiyyətinin yerli və mərkəzi ofislərinə dönə-dönə, dəfələrlə həyacan məlumatı verilməklə, kütləvi və sosial mətbuatda məlumat yayılmış, verilmişdi...
Rusiya Federasiyasında ailə həyatı qurub yaşayan digər Talış, Elvin İsayev həbs və təhdidlərə rəğmən Ukrayınaya keçmişdi və oradan da, oğurlanaraq AR-na gətirilib, saxta məhkəmə qərarları ilə həbsə atılmışdır...
Həvəskar siyasi bloqer və Talış xalqının yaşamının qatı təbliğatçısı Aslan Qurbanovun hazırda həbsxana taleyi olduqca qeyri-müəyyəndir!
Azərbaycan Respublikasında insanlıq bütövlükdə, rəsmi dövlət orqanları və məhkəmələri qarşısında vəkil müdafiəsindən tam məhrum edilmiş, vəkillik institutu məhv edilərək, hakimiyyətin insanlığa qarşı mübarizə alətlərindən birinə çevrilmişdir!
Yuxarıda göstərdiyimiz kimi, dünyanın harasında yaşamasından asılı olmayaraq öz milli mənsubiyyətinə hörmət edən hər hansı bir Talış, ən azı xəyalən öz talışlığını anaraq dilə gətirəcəyi təqdirdə, təqib və həbsə məruz qalacağı artıq hamıya bəllidir, biz də bilirik...
Beləsinin biri, dünya miqyasında tanınan iş adamı, biznesmen Mübariz Mənsimov bilavasitə və birbaşa Türkiyə Respublikasının prezidentinə, Azərbaycanın hakim ailəsinin məxsusi xahiş və tapşırığı ilə şərlənərək, böhtana tuş gətirilməklə Türkiyə həbsxanasında girov halında saxlanılır…
Və bununla, bir daha bizim məxsusi olaraq qeyd etməmizə imkan yaranır ki, Azərbaycan xalqlarına Allah tərəfindən verilən maddi sərvətlərindən bəhrələnən, bu ölkənin,-Azərbaycanın hakimiyyət ağalığını mənimsəmiş Əliyevlər ailə-klanı, beynəlxalq səviyyəli korrupsiyadan məharətlə istifadə etməklə, dəstək qazanaraq, qədim tarixə malik, hind-ari Talış xalqının yer üzündən tamamilə silinərək, türkə çevrilməsində hazırda, çox güclü beynəlxalq yardıma malikdir! Hörmətlə,

Talış Milli Hərəkatının sədri,
Ələkrəm Hümmətov.
Nederland krallığı, Haqa şəhəri,
05 yanvar 2021 il.


 
Category: TMH Xəbon | Views: 128 | Added by: tmmrtalish | Tags: Ələkrəm Hümmətov., Talış Milli Hərəkatının sədri | Rating: 0.0/0
Total comments: 0
Подписка: 1 Код *: