09:31 AXCP rəhbəri Əli Kərimli : Bu nədir , terror cəhdidir ? Kimdir bu adamlar | |
Əli Kərimli : Bu nədir , terror cəhdidir ? Kimdir bu adamlar ![]() Azərbaycan Xalq Cəbhəsi Partiyasının rəhbəri ( AXCP ) Əli Kərimli sosial mediaya olan facebook səhifəsində , aşaqdakı sözləri qeyd edib . Onun yazdıqlarını tolishstan.com saiti vasitəsi ilə bizi izləyənlərə təqdim edirik . "Bu qədər olmaz artıq! Hakimiyyətdəki qrup məsuliyyət hissini itirib. Hökumətin əli silahlı yandaşı, Fuad Muradov adlı şəxs AXCP funksioneri Nicat Abdullazadəni ölümlə hədələyib, evinə basqın edəcəyini bildirib. Bu nədir, terror cəhdi? Kimdir ki, bu adam əli silahlı şəkillər çəkdirir? Qarabağda yox, ölkənin daxilində rejim əleyhdarları ilə vuruşmağa hazırlaşır. Bunu özü profilində açıq deyir. Nicat Abdullazadə ölümlə hədələnməsilə bağlı polisə rəsmi müraciət edib. Bu cinayətkar haqda tədbir görməsə, tam təsdiq olunacaq ki, bu silahlı dəstəni müxalifətə qarşı hakimiyyət özü formalaşdırıb. Nicat Abdullazadəni ölümlə hədələyən də bütövlükdə hakimiyyətdir. Xalqın artan narazılığı fonunda rejimin qorxu içində olduğunu bilirəm. Ancaq qorxmaq ağılsızlıq etmək üçün əsas sayılmır. Özünüzü yığışdırın və məsuliyyətli olun! " . ![]() tolishstan.com | |
|
Total comments: 0 | |
|
|