20:09
Azərbayacan Respublikası vətəndaşalarına, Demokratik beynəlxalq ictimaiyyətinə, Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınılan ər

Azərbayacan Respublikası vətəndaşalarına,
Demokratik beynəlxalq ictimaiyyətinə,
Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınılan ərazi bütövlüyünün bərpasında 1-ci Qarabağ müharibəsinin iştirakçısı adından

                                                     İ T T İ H A M M Ü R A C İ Ə T İ :


Analar, bacılar, qardaşlar, əziz həmvətənlər, dəyərli İnsanlar!
12 may 1994-cü il tarixində bağlanan, Azərbaycan Respublikası üçün alçaldıcı atəşkəs barədə Protokol vasitəsi ilə tərəf kimi qəbul edilən Dağlıq Qarabağ Respublikasının və Ermənistan Respublikasının qonşu olkəyə, AR-na təcavüzünün nəticələri uzun müddətə rəsmiləşdirildi. Bu, nəticə etibarı ilə AR-nın hazırkı hakimiyyət mənsubunun sələfinin və özünün mafiya-cinayyət qaydasında idarəçiliyin mənimsənilməsinin, Ölkə sərvətlərinin talanmasının, bütövlükdə Xalqın etinasızlaşdırılması ilə mütiləşdirilməsi, hərtərəfli saxtakarlığın mümkün qədər qanunu əsaslar səviyyəsinə çatdırmaqla, bu xəyanətlərin Xalq sərvətlərindən bəhrələnməklə beynəlxalq səviyyələrdə müdafiəsinə cəhdlər edilib, edilməkdədir...
Əziz həmvətənlər!
Bu qədər haqsızlıq və cinayyətlər fövqündə Ölkə vətəndaşları hiss olunan dərəcədə vətəni tərk etməyi yaşam imkanı kimi qəbul etsələr də, vətən ərazisinin işğalı ilə heç vaxt barışmamışlar... Bir-çox sənaye ölkələrinin inkişaf edən hərbi-sənaye komplekslərinin, müəssisələrinin intensiv fəaliyyətinin təminatında, istehsal edilən məhsullarının satilması, maddiləşdirilməsi naminə Azərbaycan vətəndaşlarının həyatı mənafeyindən çox, ölkə “rəhbərinin” şəxsi münasibəti zəmnində lazım olan və olmayan hərbi sursat, texnika və silahlar alınması adı ilə milyardlarla neftə-dollar, sözsüs ki, “obkatlarla” həmin ölkələrə daşınmışdır. Tam olmasa da, kifayyət qədər hərbi silah-sursata malik olan Azərbaycan əsgər və zabiti ilk imkan, - hərbi əmrin, icazənin verilməsini, əasən son 5 ildə, daima səbrsizliklə gözləmişdir....
Qeyri-insani, qeyri-qanuni yollarla ölkədə hakimiyyəti mənimsəyən İlham və Mehriban Əliyevləri etdikləri cinayyət əməlləri, el sərvətlərinin talançılıqla mənimsənilərək Xalqdan başqa, hər nəyə və hər yerə israfçılıqla dağıdılmasının xofunu yaşayan bir psixoloji əndişəni yaşamaqdadırlar! Ən yaxınlarından başlayaraq, sıravi əsgərə qədər vətənpərvərlik, vicdan və əxlaq sahibinin nümünəsində, bu insanabənzərlər, hakimiyyətləri üçün təhlükə görmüşlər və görürlər!
Qarabağ və ətrafında, 2016-cı ilin aprel döyüşlərində, bütövlükdə Ordunun vətənpərvərliyinin və qələbə dolu döyüşlərin yarımçıq, yad sifarişlərlə dayandırılmasına etirazların səngimədən yayılması, hakimiyyətin ən yuxarı eşalonlarında şezofrenlərin ciddi narahatçılığından, insanlığa yad, bəşəri bir cinayyətin “Tərtər qırğınının və vəhşiliyinin” başlanmasına xəstə təxəyyül sahibləri İlham və Mehriban Əliyevlərin birbaşa göstərişi, həyata keçirilmişdir. İnsanlığa münasibətdə bu vəhşiliyin analoqu olarsa, bu ancaq, orta əsr inkiviziyasiyası ilə az-çox müqayisə oluna bilər!...
Nə qədər ki, Azərbaycan vətəndaşları hazırkı hakim ailəyə münasibətdə loyal mövqe sərgiləyir, İnsanlıq əleyhinə bu, kütləvi cinayyətkarlığın araşdırılaraq, ədalətin bərqərar edilməsi qeyri-mümkündür!
Varsansa, qalx və övladlarının alçaldılaraq təhqir edilməsinə göstəriş verənlərdən, cinayətkarlardan hesabat tələb etməklə, haqqı bərqərar et, özünə və vətəninə sahib çıx, böyük Xalq, xalqsansa!
Azərbaycan Ordusunun qurucularından,
Ələkrəm Hümmətov, sabiq hərbi hissə komandiri, Müdafiə nazirinin muavini.
15 iyun 2021 il.

Bir 2 nəfər və açıq Havada şəkili ola bilər
 
Category: Sİyasət | Views: 123 | Added by: tmmrtalish | Tags: Ələkrəm Hümmətov | Rating: 0.0/0
Total comments: 0
Подписка: 1 Код *: