19:55
Azərbaycan dövlət olaraq xalqının yaşamını təmin etməli, yanacağın qiymətini qaldırmaq əvəzinə aşağı endirməlidir
Azərbaycan dövlət olaraq xalqının yaşamını təmin etməli, yanacağın qiymətini qaldırmaq əvəzinə aşağı endirməlidir.



Azərbaycan artıq bir ilə yaxındır ki, məcburi karantin şəraitindədir. Çoxluq təşkil edən ailələrin heç bir gəliri olmadan, kütləvi insan ölümünə səbəb olan covid-19 xəstəliyi ilə bərabər, həmdə ölümcül hal olan yoxsulluğ vəziyyətinə qarşı mübarizə aparmaqla yaşamaq üçün çaba edirlər.
Bu müharibəyə qədər xalq artıq yoxsul və haqsızlıqla yaşamaqdan bez sədə, vətən müharibəsinin başlaması ilə əlaqədar vətənin bütövlüyü üçün çətin vəziyyətə baxmadan hər istiqamətdən birlik olub, Azərbaycan dövlətinə, dövlət başçısının yanında duraraq dəstək oldular.
Dövlətin işi və vəzifəsi isə, bu birliyə cavab olaraq öz xalqını xoş güzarına çıxarmaq üçün çalışıb, yaşamağı üçün şərait yaradıb müəyyən güzəştləri etmək idi.
Bu halda ilk olaraq yanacağın, qazın, işığın qiymətini aşağı endirmək dövlətə yaraşardı.
Yoxsa, əksinə olaraq yanacağın qiymətlərini qaldırmaqla xalqına verdiyi dəyəri və hörməti göstərərək, yeni ilin ilk günlərində verdiyi qərarları ilə, dövlətin öz xalqının yanında olmadığını göstərdi!
Mən bir vətəndaş olaraq öz adımdan və bir çox insanlar adından deyirəm. İnkişaf adı qoyduğunuz, belə qərarlarla atdığınız addımlarınız qəzəbdir inkişaf deyil!
Bu yersiz qiymət artımlarını, xalqa qarşı laqeydliyi şiddətlə qınayıb etirazımızı bildirirəm.

Hüseynov Zamin.
 
Category: Sİyasət | Views: 88 | Added by: tmmrtalish | Tags: Hüseynov Zamin. | Rating: 0.0/0
Total comments: 0
Подписка: 1 Код *: