search
menu
person

NEWS AND UDATES


10:52
Azərbaycan hava məkanını NATO üçün bağladı

Azərbaycan hava məkanını NATO üçün bağladı


Almaniya Bundesverinin hərbi qulluqçuları Əfqanıstana uçmaq üçün Almaniya Federativ respublikasının silahlı qüvvələrinin təyyarələrindən istifadə edə bilmir. Və Amerikanın C-17 hərbi-nəqliyyat təyyarələrindən  istifadə etməyə məcburdur. Səbəb isə budur ki, Azərbaycan hava məkanını Almaniya hərbi təyyarələrinə bağlayıb.

Turkustan.info “Spiegel”ə istinadən xəbər verir ki, Azərbaycan NATO təyyarələrinin öz ərazisi üzərindən uçuşuna icazə verməkdən imtina edib. Almaniya Hərbi Hava Qüvvələri əsasən hər həftə Mərkəzi Asiya üzərindən Əfqanıstanın şimalındakı Məzari-Şərif şəhərinə uçuşlar edir. Həmin şəhərdə Bundesverin hərbi kontingenti dislokasiya olunub.

Bildirilir ki, Azərbaycanın imtina etməsi üzündən Bundesverin təyyarələri martın sonlarında Məzari-Şərifə uçuşları ləğv etməli olub. Almaniya Müdafiə Nazirliyinin hesabatında deyilir ki, bu ölkə HHQ-nin təyyarələri Azərbaycanla bağlı disputa görə aprelin sonlarına qədər bir sıra uçuşları dayandırır. 

Bundesverin əməliyyat komandanlığında bildiriblər ki, alman əsgərlərinin Əfqanıstnana və geriyə uçması “təmin olunub”, çünki alternativ olaraq ABŞ HHQ-nin başqa marşrutla uçan təyyarələrindən istifadə edilir.  /Virtualaz.org/

Category: XƏBƏRLƏR | Views: 51 | Added by: tmmrtalish | Rating: 0.0/0
Total comments: 0
avatar