16:53
Azərbaycan hökuməti Talış xalqının hüquq və istəklərini təmin etməlidir
Azərbaycan hökuməti Talış xalqının hüquq və istəklərini təmin etməlidir.

Azərbaycan hakimiyyətinin apardığı siyasət Azərbaycanda yaşayan xalqların mağarlarına və heç bir istəyinin təmin edilməsinə yönəlməyib. Tam əksinə olaraq, bir çox xalqların yox olmasına və Türkləşdirmə proqramını həyata keçirməyə yüksək səviyyədə çalışırlar.
Azərbaycanda olan yüzdən çox xalqların adının çəkilməməsini, heç bir adət ənənəsini televiziyada işıqlandırmağa, xalqların haqqında danışmağa və verilişlərin hazırlanmasına imkan yaradılmamasıda faktdır.
Azərbaycanlı olmalarına baxmayaraq
tək gördükləri iş, Türkdən danışmaq və Azərbaycanın bayrağını qoyub Türk bayrağını evimizin içinə qədər məcburən salmağla məşğul olurlar.
Qəbul etmək lazımdır ki, Azərbaycan ərazisində yüzdən çox xalqlar yaşayıb, bu xalqların birliyi nəticəsində Azərbaycan bir müstəqil dövlət kimi var.
Bəs son 20 il ərzində bu xalqları niyə arxa plana salırlar. Axı hər xalqın öz dili, mədəniyyəti və adət-ənənələri var. Tək Türk xalqına bağlamaq düzgün deyil axı Azərbaycan dövlətini.
Tarixi yaşayış yeri olan Azərbaycanın cənub şərqində, Talış dağlarında və ovalığında kompakt yaşayan Talış xalqı indiyənədək öz əzəli torpaqlarında talış xalıqı kimi öz mədəniyyəti və danışıq dili ilə yaşamaqdadırlar.
O Talışlardır ki, Azərbaycan respublikasının Müstəqil olması üçün ilk olaraq ayağa qalxıblar, Azərbaycanın dövlət bayrağını Talış bölgəsində ilk dəfə ucaldıblar. Və Azərbaycan
vətəndaşı olaraq hər zaman dövlətə və dövlətçiliyə sadiq olublar. Ölkənin bütövlüyü uğrunda nə tələb olunubsa artıqlaması ilə yerinə yetirirlər.
Qarabağ döyüşlərində öz mərdliyi və vətənə bağlılığını döyüşçüləri ilə, şəhidləri, qaziləri və xeyriyyəçiləri ilə Talış xalqına olan böyük haqsizliqlara baxmayaraq yenə öz vətəninə bağlı olduğlarını sübut etdilər.

Bəs bu hakimiyyət Talış xalqına qarşı niyə haqsızlıq edir?
Baxaq bu hakimiyyət son illərdə Talış xalqı üçün nələr edib, hansı hüquqlarını təmin edib və ya etmək üçün çalışıb?
Hakimiyyətin Talış xalqına verdiklərinin bir qismini qeyd edirəm.
-Talış xalqının adını rəsmən 2015 ci ildə Milli Məclisdə xoşa gəlməz, pis və gülməli adlar siyahısına salaraq qadağan edib.
- Talış adında Televiziya və Radio açılmasına, və hansısa televiziya kanalında 1saatlıqda olsa verlişin olmasına icazə verməyir.
-Talış adında mətbuatın olmasına qəzetin nəşrinə imkan vermir, fəaliyyəti olan qəzetin nəşri üçün dövlətin ayırdığı heç bir vəsaiti, olunan güzəştlər şamil edilmir.
- Talış bölgəsində olan məktəblərdə keçirilən Talış dili dərsinin tədrisi formal olaraq yazılır amma keçirilmir. Həftədə 2 saat olan dərsi lazımsız olduğunu bildirilərək 1saata endirilib. Həmin 1 saat olan Talış dili dərsi isə, mütəxəssis, müəllim olmadığı üçün başqa fənlərlə əvəz edilir.
- Talış bölgəsində olan Universitet, və Kolleclərdə Talış dili müəllimi hazırlamaq üçün təkliflər nəzərə alınmayaraq, Talış dili ixtisası açılmır.
- Talış bölgəsində olan Tarixi abidələr qorunmur, dağılıb sıradan çıxarılaraq Talışın tarixi silinir.
- Talış dağlarının və Talış bölgəsinin adları dəyişdirilib.
- Talış adında olan bir çox adlar ləğv edilib tarixi dəyişdirilib saxtalaşdırılaraq Türkçülük təbliğatı aparılır.
- Talış xalqı adından hansısa bir təşkilatın, partiyanın, qurumun yaradılması üçün dövlət orqanlarına olan müraciətlərə illərdir cavab verilmir. Razılıq verilmir.

Və bir çox belə hal və nümunələr gətirmək olar.
Bəs niyə Azərbaycan üçün bu qədər can qoyan Talış xalqının qanuni istəklərini hakimiyyət aqressiv qarşılayaraq yerinə yetirməyə çalışmır?!
Düşmən saydığımız Erməni dilinin tədrisini Bakı dövlət universitetində tədris olunmasına sevə-sevə icazə vermək, ixtisas yaratmaq olar.
Orta məktəblərimizdə Türkün tarixini tədris etmək olar.
Talış dili üçün şərait yaratmaq bu qədər çətin olur?
Vətəndaşı olmayan dünyanın başa yerlərində yaşayan xalqlar üçün maddi yardımlar edib Qaqauz xalqının yaşaması üçün milyonlar xərcləyib nə lazımdırsa edən dövlət, öz vətəndaşına bu qədər laqeydi və faşist münasibəti göstərməsi qəbul edilməzdi.
İlk öz vətəndaşlarını öz daxilində olan xalqları təmin etmək vacib olduğu halda, gedib başqa xalqların qeydinə qalmaq gərəksizdir.

Azərbaycan vətəndaşları olan Talış xalqı öz mənəvi haqlarını istəyir. Artıq heç nə istəmir. Azərbaycan hakimiyyəti tez bir zamanda, Talış xalqına qarşı olan qadağa və haqsizliqlaraı araşdırıb aradan qaldırmalıdır.
Qanuni haqlarıyla təmin edilməli, Talış adını gülməli adlar siyahısından çıxarmalıdır!
Bu sadalanan problemlərin həllindən sonra, Talış xalqında Türk xalqı kimi Azərbaycanda bərabər hüquqlu xalq kimi saymaq olar.

Zamin Hüseynov.
 
Category: TMH Xəbon | Views: 144 | Added by: tmmrtalish | Tags: Zamin Hüseynov. | Rating: 0.0/0
Total comments: 0
Подписка: 1 Код *: