search
menu
person

NEWS AND UDATES


14:40
Azərbaycan iqtidarı talış milli müqavimətinə qarşı yeni layihələr hazırlayır və bu iş üçün büdcə ayıracaq
Azərbaycan iqtidarı talış milli müqavimətinə qarşı yeni layihələr hazırlayır və bu iş üçün büdcə ayıracaq
 

Azərbaycan iqtidarı talış milli müqavimətinə qarşı yeni layihələr hazırlayır və bu iş üçün büdcə ayıracaq

DEKABR 22, 2018 

Azərbaycan dövlət orqanlarında çalışan talışların xəbər agentliyimizə verdiyi məlumata görə Statistika Komitəsi əhalinin sayı ilə bağlı hesablamalarda növbəti dəfə talışların sayını saxtalaşdırmağa çalışacaq. Bu Prezident Aparatından göstərişə əsasən ediləcək.

 

Bizə göndərilən məktubu oxucularımızın diqqətinə çatdırırıq:

 

“Mənbələrdən bizə çatan məlumatlara görə Azərbaycan Respublikası gələn ilin büdcəsində, talış aktivistlərinə qarşı əməlli-başlı maliyyə ayırıblar, təbliqat-təşviqat və digər fəaliyyətlər üçün. Bu cür addımlar əvvəl də olub, amma indi isə təhlükəsizlik və ideoloji sahələrə ayırdıqları pulun içində, daxili göstərişlə talışlara qarşı xüsusi bənd var. Qorxurlar ki, gələn il respublikada keçiriləcək siyahı yazma kampaniyasında özünü talış göstərənlər çoxalar. Həm onun qarşısını almaq üçün, həm də digər məsələlər də öz yerində. Bunlar artıq hiss ediblər ki, ideoloji müharibəni talışlara uduzublar, ona görə də revanş götürmək istəyirlər.

 

Bu hakimiyyət, anlamır ki, onlarin məğlubiyyəti pula bağlı məsələ deyil. Talışın ən fəal adamlari burda yaşaya bilməyib, ölkəni tərk ediblər və öz hərəkatını xaricdə davam edirlər. Bildiyimiz kimi, Azərbaycanda qalmaq talışlar üçün artıq təhlükəyə çevrilib. Bəlkə də hakimiyyət özlərini anti-təbliqatla daha da reklam etdilər. Amma yenə də, biz talışlar axır nəfəsimizlə dirənirik. Allah özü çatsın imdadımıza! Hər halda təzə ildən bunların talışlara qarşı işi aktivləşəcək.

 

Talış təəssübü olanlara, əvvəllər də talış regionunda iş-güc verməzdilər, bütün bənd-bərələrini bağlayardılar. Indi isə hakimiyyət tərəfindən bütün dövlət idarələrinə və xüsusi şirkətlərə tapşırıq verilib ki, dövlətlə əməkdaşlıq etməyənlərə hec bir mühüm iş-güc verilməsin, biznes fəaliyyətinə hər cür maneələr yaradılsın ve sair. Mənbənin bizə çatdırdıqı məlumata görə, keçiriləcək siyahıalma kampaniyasında talışları keçən dəfədən də az göstərməyə çalışacaqlar.”

Категория: XƏBƏRLƏR | Просмотров: 31 | Добавил: tmmrtalish | Рейтинг: 0.0/0
Всего комментариев: 0
avatar
https://www.accuweather.com/az/az/lankaran/29090/daily-weather-forecast/29090