18:12
Azərbaycan müstəqil ölkə olandan sonra kənd təsərrüfatı və zavodların dağılması, əhalinin işsizlikdən əziyyət çəkməsi.

Azərbaycan müstəqil ölkə olandan sonra kənd təsərrüfatı və zavodların dağılması, əhalinin işsizlikdən əziyyət çəkməsi.

 

Sovetlər dövründə Azərbaycan Rusiyanı və demək olar SSR-ni neftlə bərabər kənd təsərrüfatı məhsulları ilə də, təmin edirdi. O, vaxt Azərbaycanın hər bir rayonu öz təbiətinə uyğun olaraq kənd təsərrüfatı ilə meyvə-tərəvəzçilik, çayçılıq, çəltikçilik, pambıqçılq, tütünçülük, maldarlıq, balıqçılıqla məşqul olaraq, əhali özünü, kəndi, rayonu, SSRni inkişaf etdirirdi. Bu işlərin rəqabətli formada hər rayonda gedişi hər yerin inkişafına gözəlləşməsinə səbəb olurdu. İnsanların üzü həmişə gülürdü, hamı biri-birinə kömək edirdi. Qohum-qonşu, dost-tanış, kollektivçilik mehribançılıqla yaşayış, gediş gəlişli həyat idi, hər kəs biri-birini axtarırdı...
Bəs nə oldu ki, hər şey pisə dəyişdi? Azərbaycanda həmin vəziyyət yox oldu, insanların üzündə olan təbəssüm, ürəylərində olan qohum-qonşu sevgisi mehribançılığ hara getdi kim apardı?
Sovet Respublikası dağıldı Rusda Azərbaycandan getdi. Yəni gedəndə özüylə qurduğu iş yerlərinidə apardımı? 
Sovet dövləti vaxtı Azərbaycanda tikilən zavodlar, fabriklər, məhsul verən sahələr, işçilər axı bunlar ölkəmizin sərvətləri olaraq hamı Azərbaycanda bizə qaldı. Azərbaycanı daha gözəl inkişaf etdirməyə xalqı öz əməyi ilə dolandırmağa qurulan işləri davam etdirərək, Azərbaycanı dünyanın ən inkişaf etmiş ölkələri sırasına çatdırmağa yetəcək hər bir şeyimiz var idi və yenədə muqaisədə öndə gedən ölkələrdən çoxundan sərvətimiz artıqdır. Niyə bunları düzgün istifadə etməyib hamısını satıb dağıtdılar?
Allah bizim məmləkətə hər nemət verib.
Bərəkətli torpaqları, dənizi nefti və butun məhsulları. Gözəl və fərqli iqlimi, gəzməli- görməli istirahət üçün turistik yerləri və daha nələr-nələr!
Bəs niyə bizim xalqımız işsiz, əziyyətli, yoxsul, kasıb, kədər içində yaşamalıdır?!
Bizlərdə dünyanın inkişaf etmiş ölkələrində olan insanlar kimi, yaşamaq ürəkdən gülmək, dərd kədərdən uzaq olmaq istəyirik. Bu gün evə uşaqlarıma yeməyə, geyinməyə, ehtiyaclarını ödəməyə nəyi necə edim fikirlərini etməmək kimi haqqımız yoxdurmu? Axı bizdə xoş güzaran yaşamağ üçün öz əziyyətimizlə işləyib gözəl günləri görmək istəyirik, bu hər birkəsin arzusudur və haqqıdır!
Azərbaycanda olan sərvətlər dövlətin bütün vətəndaşlarının əhalisinin haqqı deilmi? Niyə bu haqq kimlərinsə arasında şəxsiləşsin axı ehtiyacı olanlarada çatmalıdır.
Əhalinin çətin vəziyyətdən çıxarmaq üçün normal yaşaması üçün, dövlətin inkişafı və möhkəmlənməsi üçün, Azərbaycanda iş yerlərini, zavodları, fabrikləri, ümümilikdə əsas kənd təsərrüfatını düzgün formada inkişaf etdirmək lazımdır. 
Avropanın inkişaf etmiş ölkələrinin sistemini tətbiq etməklə bölgələrə ayıraraq özünü idarə sistemi qurmaq, bölgələr öz rayonlarını ərazilərini əhatə edərək işlər qurub nəzarətlə inkişaf edəcəklər. Bu sistem inkişaf üçün biri-birindən geri qalmamaq üçün rəqabət apararaq butövlükdə Azərbaycanın inkişafı və güclənməsi ilə nəticələnəcək. 
Bu indiki vəziyyət kimi tək Bakının yox, bütün Azərbaycanın inkişaf etməsi, gözəlləşməsi kimi nəticəsi olacaq. Və rayonlar kəndlər boşalmıyacaq, Bakıya axın olmuyacaq hər kəs öz obasında iş yerləri ilə təmin olunar. 
Əhalinin normal yaşaması və hər bir kəndin belə inkişafı üçün idarə etmə sistemi vacibdir!

1-ci hissə.\
Hüseynov Zamin.

Category: TMH Xəbon | Views: 46 | Added by: tmmrtalish | Tags: Hüseynov Zamin. | Rating: 0.0/0
Total comments: 0
Подписка: 1 Код *: