search
menu
person

NEWS AND UDATES


17:01
Azərbaycan Qarabağı azad etsə işğalçı adlanacaq? - Deputatdan QALMAQALLI açıqlamaya RƏY

Azərbaycan Qarabağı azad etsə işğalçı adlanacaq? - Deputatdan QALMAQALLI açıqlamaya RƏY

 


Əvvəla onu deyə bilərəm ki, bu çox absurd bir yanaşmadır. Bu yanaşma hətta tənqidə belə dözmür.
Bu sözləri Yeniavaz.com-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov Rumıniya Ticarət-Sənaye Palatasının üzvü Afanasi Tyudorun Qarabağ münaqişəsi ilə bağlı səsləndirdiyi qalmaqallı fikirlərinə münasibət bildirərkən deyib.
Xatırladaq ki, A.Tyudor Milli Məclisdə keçirilən “Azərbaycan Avropa məkanında” adlı konfransda Qarabağ problemini “qarışıq məsələ” adlandırıb. O deyib ki, Azərbaycan Qarabağı azad edərsə, işğalçı dövlət olacaq: “Siz deyirsiniz ki, Qarabağ sizindir. Amma o ərazilər hazırda Ermənistanın nəzarətindədir. Əgər siz Qarabağı işğaldan azad etsəniz, onda işğalçı kimi tanınacaqsınız, işğalçı kimi qəbul ediləcəksiniz...”
 
Millət vəkilinn sözlərinə görə, bütün beynəlxalq təşkilatlar, birliklər, dövlətlər Azərbaycanın ərazisini 86,6 kvadratkilometr olaraq tanıyır: "Həmçinin Dağlıq Qarabağın ərazisinin Azərbaycan ərazisi olduğunu və bizim o torpaqlar üzərində olan süverenliyimizi tanıyır. Belə olan vəziyyətdə  münaqişəni həm dinc, həmdə müharibə yolu ilə həll etmə hüququna malikik. Bu hüququ bizə BMT nizamnaməsinin 51-ci maddəsi verir. Həmin maddədə göstərilir ki, hər bir dövlət özünün ərazi bütövlüyünü müdafiə etmək üçün istənilən anda hərbi yoldan istifadə edə bilər və hər bir dövlətin də özünümüdafiə hüququ var".

E. Nəsirov xatırladıb ki,  2001-ci il 11 sentyabr hadisələrindən sonra ABŞ məhz BMT nizamnaməsinin 51-ci maddəsini əsas götürərək ərazisinin təcavüzə məruz qaldığını və müdafiə hüququnun olduğunu bəyan etdi: "2001-ci il oktyabrın 7-də Əfqanıstandakı "Taliban" rejmini bombalamağa başladı. Fikir verirsinizsə,  beynəlxalq hüquq bizə torpaqlarımızı həm sülh, həm də müharibə yolu ilə qaytarmaq hüququnu verir. Bu beynəlxalq hüquları nəzərə alaraq biz heç cür işğalçı adlandırıla bilinmərik. Çünki bütün dünya tərəfindən təsdiqlənmiş ərazilərimizi işğaldan azad edirik. Hesab edirəm ki, bu fikirlər Rumıniya ticarət palatasının üzvü Afanasi Tyudorun öz təxəyyülünün məhsuludur. Daha da dəqiqləşdirsək ermənipərəst təxəyyülünün məhsuludur. Həmin şəxsin məsələyə yanaşması kökündən səhvdir. Çünki hazırda bizim torpaqlar Ermənistanın işğalı altındadır. Hiss olunur ki, o adam erməni maraqlarına xidmət edən adamdır. Ən azından erməni dəyirmanına su tökənlərdən biridir”.

Kənan Qədirli

Category: XƏBƏRLƏR | Views: 54 | Added by: tmmrtalish | Rating: 0.0/0
Total comments: 0
avatar
$ COM_IS_ACTIVE $  $ COM_NUM_ENTRIES $